7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

İsrail ordusu, atəşkəs rejiminə baxmayaraq Livanın cənubundakı Bəkaa bölgəsində bir neçə nöqtəyə hava hücumları həyata keçirib. Livan mediasında yayılan xəbərlərdə bildirilib ki, hava zərbələri Bəkaa bölgəsinin dağlıq ərazilərindəki bir neçə hədəfi vurub. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib. Sosial mediada paylaşılan videolarda hava hücumlarından sonra bölgədə çoxsaylı nöqtələrdən qalxan tüstü buludları əks olunub.

23 Oktyabr 2025 15:50
İsrail ordusu atəşkəsə baxmayaraq Livanın Bəkaa bölgəsini bombalayıb

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu, atəşkəs rejiminə baxmayaraq Livanın cənubundakı Bəkaa bölgəsində bir neçə nöqtəyə hava hücumları həyata keçirib.

AzerVoice xəbər verir ki, Livan mediasında yayılan xəbərlərdə bildirilib ki, hava zərbələri Bəkaa bölgəsinin dağlıq ərazilərindəki bir neçə hədəfi vurub. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik rəsmi açıqlama verilməyib.

Sosial mediada paylaşılan videolarda hava hücumlarından sonra bölgədə çoxsaylı nöqtələrdən qalxan tüstü buludları əks olunub.

İsrail ordusu yayımladığı yazılı açıqlamada hücumu təsdiqləyib və “Hizbullahın təlim düşərgəsi və dəqiq raket istehsalı infrastrukturu”nun vurulduğunu iddia edib.

Xatırladaq ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı hücumlara başlamış, 2024-cü ilin sentyabrında bu toqquşmalar genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibə nəticəsində 4 mindən çox insan həyatını itirib, təxminən 17 min nəfər yaralanıb.

2024-cü ilin noyabrında İsrail və Hizbullah arasında atəşkəs razılaşması əldə olunsa da, İsrailin bu razılaşmanı 4 min 500-dən çox dəfə pozduğu, bu pozuntular zamanı yüzlərlə mülki şəxsin öldüyü və yaralandığı bildirilir.

Hazırda İsrail, son müharibə zamanı ələ keçirdiyi 5 Livan təpəsini işğal altında saxlayır və onilliklərdir nəzarətində olan bəzi bölgələrdə hərbi varlığını davam etdirir.

Məqalədə: #İsrail #Livan #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #İsrail Livanda hərbi mövcudluq

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.