7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Faşist nazir Ben Qvir Fələstinli məhbusların edamı tələb edir

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.

1 Noyabr 2025 01:00
Faşist nazir Ben Qvir Fələstinli məhbusların edamı tələb edir

BAKI,AzerVoice

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir bu gün “Telegram” kanalında yayımlanan yeni video ilə yenidən mübahisələrə səbəb olub. Kadrda nazir yerə uzadılmış, əlləri arxadan qandallanmış fələstinli məhbusların qarşısında dayanır və İsrailin “terrorçu” adlandırdığı şəxslərə edam cəzasının tətbiq olunmasını tələb edir.

Bu görüntülər Ben Qvirin yaxın həftələrdə Knessetə təqdim etmək istədiyi yeni qanun layihəsi ilə bağlı mübahisələrin fonunda ortaya çıxıb. Layihə israillilərə qarşı hücumlarda ittiham edilənlərin ölüm cəzasına məhkum edilməsini nəzərdə tutur.

Videoda radikal sağçı mövqeyi ilə tanınan Ben Qvir deyir:
“Bu adamlar (Hamasın hərbi qanadının xüsusi bölməsi) uşaqlarımızı, qadınlarımızı və körpələrimizi öldürmək üçün gəlmişdilər. İndi onlara minimum həyat şəraiti verilir. Amma görüləsi iş hələ var - terrorçular edam olunmalıdır.”

İsrail qanunlarına görə “terror fəaliyyəti”nə görə ittiham olunan şəxslər ömürlük həbs cəzasına məhkum edilə bilər. Lakin Ben Qvir 7 oktyabr hadisələri sonrası ölkədə yüksələn hiddətdən yararlanaraq cəzaların sərtləşdirilməsi üçün çalışır.

O, əgər layihə 9 noyabradək Knessetin gündəliyinə daxil edilməzsə, hökumət koalisiyasını tərk etməklə hədələyir. Bu isə artıq daxili təzyiq altında olan Baş nazir Benyamin Netanyahu üçün əlavə siyasi risk yaradır.

Ben Qvir videonu paylaşarkən onu belə şərh edib:
“HƏMAS girovları işgəncə ilə öldürürdü. Soruşun, məhbəsimdən keçən hər hansı terrorçu geri qayıtmaq istəyərmi? Hamısı qorxur və titrəyir. Hücumların sayı da ciddi azalıb.”

Bu açıqlama israilli rəsmilərin fələstinli məhbuslara qarşı sərt rejim tətbiq etdiyini göstərən daha bir nümunə kimi qiymətləndirilir.

Bu, Ben Qvirin məhbusları hədəf alan ilk videosu deyil. Avqustda yayılan digər videogörüntüdə o, israildə həbsdə olan və fələstinli milli hərəkatın tanınmış liderlərindən biri sayılan Mərvan Barqusiyə təhdid səsləndirmişdi. Barquətinin fiziki cəhətdən zəiflədiyi görüntülər geniş müzakirələrə səbəb olmuşdu və bir çox müşahidəçilər bunu siyasi mesaj və psixoloji təzyiq kimi qiymətləndirmişdi.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Fələstin #HƏMAS #Əl-Qəssam Briqadaları #İtamar Ben-Qvirin #Qəzza münaqişəsi #Fələstinli əsirlər #Mərvan əl-Bərqusi #İsrail həbsxanaları #İsrailin əsirlərə münasibəti

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.