4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrini havadan və artilleriya atəşləri ilə hədəf alıb, binaları partlatıb. Yerli şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri cənubdakı Rifah və Xan Yunis şəhərlərinin şərq bölgələrini bombalayıb. Bundan əlavə, şimaldakı Beyt Lahiya qəsəbəsi də hava hücumu ilə hədəfə alınıb. Bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq bölgələri də artilleriya atəşləri ilə vuruldu, helikopterdən atəş açıldı.

4 Dekabr 2025 15:55
İsrailin hava və artilleriya hücumları Qəzzada dağıntılara səbəb olub

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail ordusu Qəzza Zolağının şimal və cənub bölgələrini havadan və artilleriya atəşləri ilə hədəf alıb, binaları partlatıb.

AzerVoice xəbər verir ki, yerli şahidlərdən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus döyüş təyyarələri cənubdakı Rifah və Xan Yunis şəhərlərinin şərq bölgələrini bombalayıb.

Bundan əlavə, şimaldakı Beyt Lahiya qəsəbəsi də hava hücumu ilə hədəfə alınıb.

Bu hücumlarla eyni vaxtda Xan Yunisin şimal və şərq bölgələri də artilleriya atəşləri ilə vuruldu, helikopterdən atəş açıldı.

İsrail əsgərləri Qəzza şəhərinin şərqindəki bəzi ev və obyektləri partlatdı.

İsrail ordusunun atəşləri nəticəsində şəhərin şərqindəki Şucaiyyə və Tuffah məhəllələri də zərər gördü, ətraf bölgələrdən partlayış səsləri eşidildi.

İsrail ordusu dünən Qəzza Zolağında atəşkəsi pozaraq, Xan Yunis şəhərində yerindən edilmiş fələstinlilərin çadırlarını hədəf alan hücumunda ikisi uşaq olmaqla 5 fələstinlini öldürmüşdü.

Qəzzada 10 oktyabrda qüvvəyə minən atəşkəs razılaşmasının döyüşləri dayandırması gözlənildiyi halda, İsrail razılaşmanı hər gün pozur. Hücumlar nəticəsində yüzlərlə fələstinli öldü və yaralandı.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #BMT-nin Qəzza hesabatı #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.