5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Livan İsraillə müharibə istəmir - Livan Prezidenti

Livan Prezidenti Cozef Aun BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinə müraciət edərək ölkəsinin İsraillə müharibə istəmədiyini, atəşkəsin tam şəkildə yerinə yetirilməsi və İsrail qüvvələrinin cənub bölgələrindən geri çəkilməsi üçün təzyiq göstərilməsinin vacib olduğunu bildirib.

5 Dekabr 2025 18:12
Livan İsraillə müharibə istəmir - Livan Prezidenti

BAKI,AzerVoice, Orxan Qədirzadə

Livan Prezidenti Cozef Aun BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinə müraciət edərək ölkəsinin İsraillə müharibə istəmədiyini, atəşkəsin tam şəkildə yerinə yetirilməsi və İsrail qüvvələrinin cənub bölgələrindən geri çəkilməsi üçün təzyiq göstərilməsinin vacib olduğunu bildirib.

AzerVoice xəbər verir ki, Prezident Aun nümayəndələrə Livanın beynəlxalq qətnamələrə sadiqliyini vurğulayaraq İsrailin 2024-cü ilin noyabrında elan edilmiş atəşkəsi pozmağa davam etdiyini, cənubda beş strateji bölgədə hərbi mövcudluğunu saxladığını qeyd edib. O, həmçinin BMT-dən Livan ordusunun qeyri-dövlət qruplarını, o cümlədən Hizbullahı tərksilah etmək səylərinə dəstək göstərməsini istəyib.

Hökumət bu ilin avqustunda ordusuna Hizbullahın tam tərksilahı barədə əmr verib və prosesin ilk mərhəsinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. BMT nümayəndə heyətinin Livana səfəri Dəməşqdə keçirilən görüşdən sonra baş tutub və şənbə günü ABŞ elçisi Morqan Ortaqusun müşayiəti ilə sərhəd xəttində monitorinq aparılacağı gözlənilir.

Səfər ərəfəsində Livan və İsrail nümayəndələrinin onilliklərdən sonra ilk birbaşa danışıqları keçirilib. Prezident Aun danışıqları “müsbət” qiymətləndirib və “müharibə dilinin deyil, diplomatiya dilinin üstünlük təşkil etməli olduğunu” bildirib.

Bununla yanaşı, İsrail ordusu cümə axşamı Livanın cənubunda dörd yaşayış məntəqəsinə zərbələr endirib, Hizbullahın silah anbarları və infrastrukturunu hədəf aldığını açıqlayıb. UNIFIL bu hücumları “1701 saylı qətnamənin açıq pozuntusu” adlandırıb. Həmin gün Bint Cbeil yaxınlığında altı silahlı şəxsin üç motosikletlə sülhməramlılara atəş açdığı bildirilir, yaralanan olmayıb.

Hizbullah atəşkəsdən sonra cavab zərbələri endirməsə də, keçən ay Beyrutun cənubunda hərbi komandanının öldürülməsinə cavab veriləcəyini bəyan edib.

Məqalədə: #Livan Prezidenti: Ölkə İsraillə müharibə istəmir #Cozef Aun: İsrail atəşkəsi pozur və geri çəkilməlidir #BMT nümayəndələri Livanda: Aun atəşkəsin icrasına çağırdı #Livan ordusu ilin sonunadək Hizbullahın tərksilah mərhələsini tamamlayacaq #Livan İsraillə gərginliyi azaltmaq üçün BMT-dən təzyiq istəyir #Beyrutdan mesaj: Müharibə deyil #danışıqlar dili #UNIFIL: İsrail zərbələri 1701 saylı qətnamənin pozulmasıdır #Президент Ливана: страна не хочет войны с Израилем #Аун призвал ООН надавить на Израиль для соблюдения перемирия #Ливан и Израиль провели первые прямые переговоры за десятилетия #Lebanon urges UN pressure on Israel amid ceasefire violations #Aoun: Lebanon committed to peace #seeks diplomatic solution #UN peacekeepers report attacks #condemn violations in south Lebanon

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.