6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyənin Qəzzada mümkün rolu ilə bağlı açıqlamalarından narazılıq ifadə edib və məsələni Vaşinqtonun diqqətinə çatdırıb. Bu barədə İsrail mətbuatı məlumat yayıb.

15 Dekabr 2025 21:34
Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakın Türkiyənin Qəzzada mümkün rolu ilə bağlı açıqlamalarından narazılıq ifadə edib və məsələni Vaşinqtonun diqqətinə çatdırıb.

AzerVoice xəbər verir ki, İsrail Baş Nazirlik Ofisinin açıqlamasına görə, Netanyahu ilə Barak arasında görüş Qərbi Qüdsdə baş nazirin ofisində keçirilib. Görüşdə Qəzzanın gələcəyi və təhlükəsizlik mexanizmləri ətrafında müzakirələr aparılıb.

Məlumata görə, toplantıda İsrailin xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisinin müavini Gil Rayx, Netanyahunun hərbi katibi Roman Qoffman, ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi və İsrailin Vaşinqtondakı səfiri Yexiel Layter də iştirak edib.

İsrailin aparıcı nəşrlərindən olan Maariv qəzetinin yazdığına görə, Barakın İsrailə səfəri çərçivəsində ən ciddi fikir ayrılığı Türkiyənin Qəzzada mümkün iştirakı məsələsi ətrafında yaranıb. Nəşr bildirir ki, Qüds ilə Vaşinqton arasında Qəzzanın gələcəyi ilə bağlı mövqelər getdikcə uzaqlaşır və Türkiyə faktoru Tel-Əvivdə ciddi narahatlıq doğurur.

Maariv-in məlumatına əsasən, Tom Barak Netanyahuya Qəzzada yaradılması planlaşdırılan çoxmillətli sabitləşdirmə qüvvəsində Türkiyənin iştirakını dəstəklədiyini çatdırıb. Vaşinqtonda Ankaranın hərbi imkanlarının və regional təsirinin prosesdə tarazlaşdırıcı rol oynaya biləcəyi fikrinin gücləndiyi qeyd olunur.

İsrail tərəfinin isə bu ehtimala kəskin etiraz etdiyi bildirilir. Siyasi mənbələrə istinadən yazılır ki, Tel-Əviv Türkiyənin Qəzzada hər hansı hərbi və ya təhlükəsizlik mövcudluğunu “qırmızı xətt” kimi qiymətləndirir.

İsrail rəhbərliyinin Ankaranın sahədə aktiv rol almasının bölgədəki güc balansını öz əleyhinə dəyişdirəcəyindən narahat olduğu vurğulanır. Nəşrin yazdığına görə, Netanyahu Barakın son açıqlamalarını “narahatedici” hesab edir və bu mövqeyə görə ABŞ prezidenti Donald Trampı da məlumatlandırıb.

Xatırladaq ki, Tom Barak daha əvvəl Türkiyənin Qəzza zolağında yerləşdirilməsi planlaşdırılan beynəlxalq qüvvəyə cəlb olunmasını təklif etmişdi. Onun fikrincə, bu addım bölgədə sabitliyin təmin olunmasına töhfə verə bilər.

Məqalədə: #Yaxın Şərq diplomatik gərginliyi #Netanyahu Barrack görüşü #Türkiyənin Qəzzada mümkün rolu #İsrail–ABŞ fikir ayrılığı #Qəzza təhlükəsizlik mexanizmi #İsrailin Türkiyəyə reaksiyası #Qəzzada beynəlxalq qüvvə planı #Tel-Əvivin qırmızı xətləri #Netanyahu reacts to Turkey role in Gaza #Tom Barrack Israel meeting #US Israel disagreement over Gaza #Turkey involvement in Gaza security #multinational force in Gaza #Washington Tel Aviv tensions

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.