7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

İsrail döyüş təyyarələri Livanın cənubunda bir neçə ərazini hədəf alıb. Məlumata görə, İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livana qarşı hücumlarını davam etdirir. İsrail təyyarələri cənubdakı Ansar və Zarariye qəsəbələri arasındakı bölgə ilə yanaşı Ukmata Obası, Reyhan bölgəsi və Kıferva ilə İzze qəsəbələri arasındakı əraziləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra bəzi hədəflərdən dumanların yüksəldiyi müşahidə olunub.

2 Yanvar 2026 16:26
İsrail döyüş təyyarələri Livanın cənubuna hava zərbələri endirib

BAKI, AzerVoice, Nailə Babazadə

İsrail döyüş təyyarələri Livanın cənubunda bir neçə ərazini hədəf alıb.

AzerVoice xəbər verir ki, məlumata görə, İsrail 27 noyabr 2024-cü ildə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq Livana qarşı hücumlarını davam etdirir.

İsrail təyyarələri cənubdakı Ansar və Zarariye qəsəbələri arasındakı bölgə ilə yanaşı Ukmata Obası, Reyhan bölgəsi və Kıferva ilə İzze qəsəbələri arasındakı əraziləri hədəf alıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hücumdan sonra bəzi hədəflərdən dumanların yüksəldiyi müşahidə olunub.

Livan rəsmilərindən hücumlar və mümkün insan itkiləri barədə hələ rəsmi açıqlama verilməyib. İsrail ordusundan verilən açıqlamada isə, Livanın cənubuna endirilən hava zərbələrinin Həşbullahı hədəflədiyi iddia olunub.

Hədəflərin silah anbarları və hərbi infrastrukturu əhatə etdiyi bildirilib. İsrailin hücum etdiyi bölgələrdən birində Həşbullahın Rıdvan Qüvvələrinə aid təlim düşərgəsinin vurulduğu iddia edilib.

Qeyd edək ki, İsrail 2023-cü ilin oktyabrında Livana qarşı genişmiqyaslı hücumlara başlayıb və 2024-cü ilin sentyabrında bu qarşıdurma böyük savaş səviyyəsinə çatıb. Savaş zamanı 4 mindən çox insan həlak olub, təxminən 17 min nəfər yaralanıb.

27 noyabr 2024-cü ildə Livan və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrailin minlərlə dəfə atəşkəsi pozduğu bildirilib.

İsrail 2023-cü ilin 8 oktyabrından sonra Livanda ələ keçirdiyi 5 təpəni hələ də işğal altında saxlayır və uzun illərdir nəzarət etdiyi bəzi bölgələrdəki mövqelərini qoruyur.

Livan Səhiyyə Nazirliyi məlumat verib ki, atəşkəsi pozan İsrail 27 noyabr 2024 – 20 noyabr 2025 tarixləri arasında Livana etdiyi hücumlarda 331 nəfərin ölümünə, 945 nəfərin yaralanmasına səbəb olub.

Məqalədə: #Livan #Livan xəbərləri #Livan hava limanı böhranı #İsrail və Livan münaqişəsi #Livan parlamenti #İraq və İsrail münasibətləri #Livanın cənubu #İsrail-Livan sərhədi #Livan siyasəti 2025 #Livanda hökumət dəyişikliyi #İsrail Livan münasibətləri #Livanda prezident seçkiləri #Livan siyasəti

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.