7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dubayda ilk sürücüsüz taksi idarəetmə mərkəzi açıldı

Dubay sürücüsüz nəqliyyat sahəsində mühüm mərhələni geridə qoyaraq Baidu Apollo Go şirkətinin Avtonom Nəqliyyat Vasitələrinin Əməliyyat və İdarəetmə Mərkəzini istifadəyə verib. Bu, Çin texnologiya nəhənginin Çindən kənarda açdığı ilk belə mərkəzdir. 2 000 kvadratmetr sahəyə malik mərkəzin açılışı Dubai Roads and Transport Authority-nin baş direktoru Mattar Al Tayer və Baidu şirkətinin vitse-prezidenti Yunpeng Wang-ın iştirakı ilə Dubai Science Park-də baş tutub.

8 Yanvar 2026 13:57
Dubayda ilk sürücüsüz taksi idarəetmə mərkəzi açıldı

BAKI, AzerVoice

Dubay sürücüsüz nəqliyyat sahəsində mühüm mərhələni geridə qoyaraq Baidu Apollo Go şirkətinin Avtonom Nəqliyyat Vasitələrinin Əməliyyat və İdarəetmə Mərkəzini istifadəyə verib. Bu, Çin texnologiya nəhənginin Çindən kənarda açdığı ilk belə mərkəzdir.

AzerVoice xəbər veirr ki, 2 000 kvadratmetr sahəyə malik mərkəzin açılışı Dubai Roads and Transport Authority-nin baş direktoru Mattar Al Tayer və Baidu şirkətinin vitse-prezidenti Yunpeng Wang-ın iştirakı ilə Dubai Science Park-də baş tutub.

RTA, həmçinin, Dubay tarixində ilk dəfə olaraq təhlükəsizlik sürücüsü olmadan ictimai yollarda tam avtonom avtomobillərin sınağına icazə verən rəsmi lisenziyanı Baidu Apollo Go-ya təqdim edib. Kommersiya əsaslı sürücüsüz taksi xidmətlərinin 2026-cı ilin birinci rübündə başlaması planlaşdırılır; avtomobil parkının mərhələli şəkildə 1 000 nəqliyyat vasitəsinə çatdırılması nəzərdə tutulur.

Mərkəz avtonom nəqliyyatın idarə olunması, təhlükəsizlik sınaqları, proqram yenilənməsi, texniki xidmət və parkın gündəlik əməliyyatlarına nəzarət funksiyalarını özündə birləşdirir.

Mattar Al Tayer bildirib ki, bu addım Dubayın ağıllı mobillik strategiyasında strateji əhəmiyyət daşıyır və əmirliyin qabaqcıl tənzimləyici mühiti ilə avtonom nəqliyyat texnologiyalarının tətbiqinə hazır olduğunu göstərir.

Baidu rəhbərliyi isə Dubayı Apollo Go platformasının beynəlxalq genişlənməsi üçün əsas mərkəzlərdən biri kimi qiymətləndirərək, layihənin təhlükəsiz, səmərəli və dayanıqlı sürücüsüz nəqliyyat həllərinin tətbiqinə xidmət edəcəyini vurğulayıb.

Məqalədə: #BƏƏ #Dubay #Baidu Apollo Go #Avtonom Nəqliyyat Vasitələrinin Əməliyyat və İdarəetmə Mərkəzi #Dubai Roads and Transport Authority #Mattar Al Tayer #Baidu #Yunpeng Wang #Dubai Science Park

Mövzu üzrə digər xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?

6 Sentyabr 13:00
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

6 Sentyabr 11:40
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib

5 Sentyabr 20:59
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ

BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb

5 Sentyabr 16:47

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.