5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq

Suriya hökumətinin terrorçu YPG/SDQ-yə verdiyi dörd günlük atəşkəs müddəti başa çatıb. Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları təkzib edərək, prosesin yekunlaşdığını açıqlayıb. Suriya Xarici İşlər Nazirliyinin Ərəb Ölkələri üzrə idarəsinin rəhbəri Məhəmməd Taha əl-Əhməd dövlətin rəsmi informasiya agentliyi SANA-ya bildirib ki, Haseke vilayətinin gələcəyi və YPG/SDQ-nin dövlət strukturlarına inteqrasiyası ilə bağlı verilən dörd günlük müddət uzadılmayıb. Onun sözlərinə görə, YPG/SDQ atəşkəsi uzatmaq adı ilə vaxt qazanmağa və Suriya dövlətini çətin vəziyyətdə qoymağa çalışıb.

24 Yanvar 2026 23:28
YPG/SDQ-yə verilən müddət başa çatdı - Dəməşq
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Suriya hökumətinin terrorçu YPG/SDQ-yə verdiyi dörd günlük atəşkəs müddəti başa çatıb. Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları təkzib edərək, prosesin yekunlaşdığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin Ərəb Ölkələri üzrə idarəsinin rəhbəri Məhəmməd Taha əl-Əhməd dövlətin rəsmi informasiya agentliyi SANA-ya bildirib ki, Haseke vilayətinin gələcəyi və YPG/SDQ-nin dövlət strukturlarına inteqrasiyası ilə bağlı verilən dörd günlük müddət uzadılmayıb. Onun sözlərinə görə, YPG/SDQ atəşkəsi uzatmaq adı ilə vaxt qazanmağa və Suriya dövlətini çətin vəziyyətdə qoymağa çalışıb.

Əhməd vurğulayıb ki, Suriya rəhbərliyi YPG/SDQ-yə dövlətin yüksək vəzifələrində təmsil olunmaq imkanları təklif etsə də, bu istiqamətdə indiyədək heç bir müsbət cavab verilməyib. Əksinə, atəşkəs dövründə dəfələrlə pozuntular qeydə alınıb ki, bu da təşkilat daxilində parçalanmaların və qərarların dar qruplaşmaların təsiri altında verildiyini göstərir.

Nazirlik rəsmisi qeyd edib ki, Suriyada bütün ağır, orta və yüngül silahlar yalnız Müdafiə və Daxili İşlər nazirliklərinin nəzarətində olmalıdır və bu strukturlardan kənar silahlı birləşmələrə ehtiyac yoxdur. PKK üzvlərinin Suriya ərazisinə daxil olması isə beynəlxalq hüququn və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndirilib. Bu səbəbdən terrorçu PKK-ya qarşı hüquqi tədbirlərin görüləcəyi bildirilib.

Xatırladaq ki, daha əvvəl SANA hökumətlə YPG arasında Haseke vilayətinin gələcəyi ilə bağlı bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edildiyini, bu çərçivədə təşkilata dörd günlük möhlət verildiyini açıqlamışdı. Həmin müddətin başa çatması ilə Suriyada yeni mərhələnin başlandığı bildirilir.

Məqalədə: #Suriyada YPG/SDG-yə verilən atəşkəs müddəti başa çatdı #Dəməşq atəşkəsin uzadılması iddialarını təkzib etdi #Suriya PKK-ya qarşı hüquqi addımlar atacağını açıqladı #Haseke ilə bağlı danışıqlarda atəşkəs mərhələsi bitdi #Suriya hökuməti YPG/SDG ilə bağlı mövqeyini sərtləşdirdi #Suriyada silahlı qruplarla bağlı yeni qərar #Suriye’de SDG’ye tanınan ateşkes sona erdi #Şam yönetimi ateşkes uzatıldı iddialarını yalanladı #Suriye’den PKK’ya karşı yasal adım mesajı #Haseke sürecinde ateşkes dönemi kapandı #YPG/SDG ile müzakerelerde yeni aşama #Suriye yönetiminden net SDG açıklaması

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.