5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu Vaşinqton səfərində Trampla İranla danışıqları müzakirə edəcək

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, görüşün əsas gündəm mövzusu İranla aparılan danışıqlar olacaq. Netanyahu hesab edir ki, Tehranla istənilən razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, eyni zamanda ballistik raketlərin məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyin dayandırılmasını da əhatə etməlidir.

7 Fevral 2026 22:53
Netanyahu Vaşinqton səfərində Trampla İranla danışıqları müzakirə edəcək
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.

AzerVoice xəbər verir ki, İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, görüşün əsas gündəm mövzusu İranla aparılan danışıqlar olacaq. Netanyahu hesab edir ki, Tehranla istənilən razılaşma yalnız nüvə proqramı ilə məhdudlaşmamalı, eyni zamanda ballistik raketlərin məhdudlaşdırılmasını və İranın regiondakı silahlı qruplara verdiyi dəstəyin dayandırılmasını da əhatə etməlidir.

Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri cümə günü Omanda nüvə mövzusu üzrə danışıqlar aparıblar. İranın xarici işlər naziri Abbas Araqçi bu təmasları “yaxşı başlanğıc” adlandırsa da, vurğulayıb ki, təhdidlərdən və təzyiqlərdən imtina edilmədən real dialoq mümkün deyil. Araqçinin sözlərinə görə, Tehran ABŞ-la yalnız nüvə məsələsini müzakirə edir və digər mövzular danışıqların predmetinə çevrilməyəcək.

Bununla yanaşı, ABŞ tərəfi danışıqların gündəliyinin geniş olmasını istəyir. ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İranın nüvə proqramı ilə yanaşı, ballistik raket imkanlarını, regiondakı silahlı qruplara dəstəyini və ölkə daxilində idarəetmə praktikasını da müzakirə mövzusu kimi görür.

İran rəsmiləri isə dəfələrlə bəyan ediblər ki, ölkənin raket proqramı müzakirə edilə bilməz və Tehran uranın zənginləşdirilməsi hüququnun tanınmasını tələb edir. ABŞ üçün isə İran ərazisində zənginləşdirmə fəaliyyətinin davam etməsi “qırmızı xətt” sayılır. Tehran isə nüvə yanacağından hərbi məqsədlərlə istifadə etmək niyyətinin olmadığını bildirir.

Məqalədə: #Netanyahu Vaşinqtonda Trampla İran danışıqlarını müzakirə edəcək #İsrail–ABŞ görüşü: İran mövzusu əsas gündəmdə #Netanyahu: İranla razılaşma raketləri də əhatə etməlidir #Vaşinqtonda yüksək səviyyəli görüş: İran dosyesi #ABŞ və İsrail İran danışıqlarını dəyərləndirir #Netanyahu-Tramp görüşü Yaxın Şərq gündəmini müəyyənləşdirir #Netanyahu Washington’da Trump ile İran’ı görüşecek #İsrail-ABD zirvesinde İran dosyası #Netanyahu’dan İran müzakereleri mesajı #Washington’da kritik görüş #İran görüşmeleri İsrail-ABD gündeminde #Netanyahu-Trump buluşması yaklaşıyor

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.