4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Rəfah Sərhəd Keçid Məntəqəsi açıldı: 28 fələstinli Qəzzaya qayıtdı

İsrailin İrana qarşı cavab tədbirlərini əsas gətirərək təxminən 20 gün bağlı saxladığı, lakin bir neçə gün əvvəl piyadaların keçidi üçün məhdud şəkildə açdığı Rəfah Sərhəd Keçid Məntəqəsindən 28 fələstinli Qəzza zolağına qayıdıb. Xəstəxana mənbələrindən alınan məlumata görə, aralarında qadın və uşaqların da olduğu Misirdən gələn 28 nəfər Xan Yunisdəki Nasir Xəstəxanasına çatıb. Uzun fasilədən sonra ailələri və yaxınları ilə bir araya gələn fələstinlilər duyğulu anlar yaşayıblar.

23 Mart 2026 14:23
Rəfah Sərhəd Keçid Məntəqəsi açıldı: 28 fələstinli Qəzzaya qayıtdı

BAKI,VOA, Nailə Babazadə

İsrailin İrana qarşı cavab tədbirlərini əsas gətirərək təxminən 20 gün bağlı saxladığı, lakin bir neçə gün əvvəl piyadaların keçidi üçün məhdud şəkildə açdığı Rəfah Sərhəd Keçid Məntəqəsindən 28 fələstinli Qəzza zolağına qayıdıb.

VOA xəbər verir ki, xəstəxana mənbələrindən alınan məlumata görə, aralarında qadın və uşaqların da olduğu Misirdən gələn 28 nəfər Xan Yunisdəki Nasir Xəstəxanasına çatıb. Uzun fasilədən sonra ailələri və yaxınları ilə bir araya gələn fələstinlilər duyğulu anlar yaşayıblar.

İsrail ordusunun İrana qarşı hücumlarından sonra bağladığı və Qəzza zolağının dünyaya açılan yeganə qapısı olan Rəfah keçid məntəqəsinin 19 martda yalnız piyadaların keçidi üçün yenidən açıldığı bildirilmişdi. İsrail mediasında yer alan xəbərlərdə Tel-Əviv rəhbərliyinin ABŞ-ın təzyiqi ilə bu qapını açmaq məcburiyyətində qaldığı qeyd olunub.

İsrail ordusu 28 fevralda Qəzzanın yeganə çıxış nöqtəsi olan Rəfah da daxil olmaqla, bölgəyə açılan bütün qapıların ikinci bir xəbərdarlığa qədər bağlı qalacağını elan etmişdi. Qeyd edək ki, İsrail işğal altında saxladığı bu məntəqəni fevralın 2-də yalnız iki tərəfli piyada keçidi üçün açmışdı.

Hazırda İsrailin tətbiq etdiyi ciddi blokada və məhdudiyyətlər səbəbindən Qəzza zolağında humanitar fəlakət yaşanır. Su, dərman və tibbi ləvazimatların tapılmadığı bölgədə təxminən 22 min xəstə və yaralı müalicə üçün xaricə çıxmaq üçün növbə gözləyir. Birləşmiş Millətlər Təşkilatı (BMT) atəşkəsdən sonra belə İsrailin məhdudiyyətləri səbəbindən bölgəyə yetərli yardımın daxil olmadığını vurğulayır.

Məqalədə: #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza

Mövzu üzrə digər xəbərlər

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23
İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb
Yaxın Şərq

İtamar Ben-Qvir Qəzza əhalisinin köçürülməsi üçün 20 milyard dollarlıq plan açıqlayıb

20:19

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.