6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Livana son zərbələri nəticəsində 5 nəfər həlak olub

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlar nəticəsində azı 5 nəfər həyatını itirib. Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, Nebatiyə şəhərinin Burc Kalavay qəsəbəsinə endirilən iki zərbə nəticəsində bir nəfər dünyasını dəyişib. Eyni bölgənin Yuhmur əş-Şakif qəsəbəsində də bir nəfər İsrail atəşinin qurbanı olub. Ölkənin cənubundakı Sur şəhərinə bağlı Şaitiyə qəsəbəsində isə bir Suriya vətəndaşı həlak olub, daha 4 nəfər yaralanıb.

3 Aprel 2026 16:27
İsrailin Livana son zərbələri nəticəsində 5 nəfər həlak olub

BAKI,VOA, Nailə Babazadə

İsrail ordusunun Livanın müxtəlif bölgələrinə təşkil etdiyi son hücumlar nəticəsində azı 5 nəfər həyatını itirib.

VOA xəbər verir ki, Livanın rəsmi NNA xəbər agentliyinin məlumatına görə, Nebatiyə şəhərinin Burc Kalavay qəsəbəsinə endirilən iki zərbə nəticəsində bir nəfər dünyasını dəyişib. Eyni bölgənin Yuhmur əş-Şakif qəsəbəsində də bir nəfər İsrail atəşinin qurbanı olub. Ölkənin cənubundakı Sur şəhərinə bağlı Şaitiyə qəsəbəsində isə bir Suriya vətəndaşı həlak olub, daha 4 nəfər yaralanıb.

İsrail ordusunun cümə namazından sonra məsciddən çıxan insanları hədəf alması nəticəsində ölənlərin sayı 2-yə yüksəlib. Martın 2-dən etibarən Livanın şimalından atılan raketlərə cavab olaraq başlayan "Epic Fury" əməliyyatı çərçivəsində İsrail ordusu hava və dəniz zərbələrini intensivləşdirib. Paytaxt Beyrutu və ölkənin cənubunu hədəf alan İsrail komandanlığı hazırda quru işğalının miqyasını genişləndirmək qərarını icra edir.

Livan Səhiyyə Nazirliyinin yaydığı son rəsmi statistikaya görə, martın 2-dən bəri davam edən hücumlarda ümumilikdə 1345 nəfər yaşamını yitirib, 3935 nəfər isə müxtəlif dərəcəli yaralar alıb. Livan hökuməti ölkədə yaranmış humanitar böhranın miqyasının kəskin artdığını, məcburi köçkünlərin sayının artıq 1 milyon 162 mini keçdiyini bəyan edib. İsrailin hərbi hərəkətliliyi nəticəsində Livanın cənub rayonları demək olar ki, tamamilə boşaldılıb.

Məqalədə: #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb
Livan

Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

15 Avqust 18:41
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
Livan

İsrail qüvvələri Livanın cənubunda irəliləyib

8 Avqust 18:05
İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?
Yaxın Şərq

İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?

4 Avqust 10:42

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.