7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Məscidül-Əqsanın idarəçiliyinə müdaxiləsindən narahatıq - Şeyx İkrimə Səbri

Məscidül-Əqsanın xatibi və Qüds Ali İslam Heyətinin sədri Şeyx İkrima Səbri İsrailin məscidi bağlı saxlamasının ağır fəsadları barədə xəbərdarlıq edib. Şeyx Səbri yüz minlərlə müsəlmanın Ramazan ayı və Ramazan bayramı müddətində ibadətdən məhrum edilməsindən sonra cümə namazlarının qadağan edilməsinin qəbulolunmaz olduğunu bildirib. O, müsəlmanların ibadət hüququnun əlindən alınmasının beynəlxalq din azadlığı prinsiplərinə zidd olduğunu vurğulayıb.

4 Aprel 2026 22:55
İsrailin Məscidül-Əqsanın idarəçiliyinə müdaxiləsindən narahatıq - Şeyx İkrimə Səbri

BAKI,VOA, Orxan Qədirzadə

Məscidül-Əqsanın xatibi və Qüds Ali İslam Heyətinin sədri Şeyx İkrima Səbri İsrailin məscidi bağlı saxlamasının ağır fəsadları barədə xəbərdarlıq edib.

VOA xəbər verir ki, şənbə günü "Al Jazeera"ya müsahibə verən Şeyx Səbri yüz minlərlə müsəlmanın Ramazan ayı və Ramazan bayramı müddətində ibadətdən məhrum edilməsindən sonra cümə namazlarının qadağan edilməsinin qəbulolunmaz olduğunu bildirib. O, müsəlmanların ibadət hüququnun əlindən alınmasının beynəlxalq din azadlığı prinsiplərinə zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, İsrail hakimiyyəti 28 fevral 2026-cı ildə ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatlara başlaması ilə eyni vaxtda "fövqəladə vəziyyət" bəhanəsi ilə Məscidül-Əqsanı bağlayıb. Şeyx Səbri bu təhlükəsizlik arqumentini rədd edərək qeyd edib ki, Fələstində digər məscidlər və bazarlar açıq olduğu halda, yalnız Əqsanın bağlı qalmasının heç bir məntiqi əsası yoxdur. O, İsrailin bu addımla məscidin idarəçiliyinə birbaşa müdaxilə etməsindən və orada öz suverenliyini bərqərar etməyə çalışmasından ciddi narahatlığını ifadə edib.

Şeyx Səbri məscidin açılması ilə bağlı tələblərinə görə İsrail kəşfiyyatı tərəfindən sorğu-suala çəkildiyini də diqqətə çatdırıb: "Mən mövqeyimi bir daha təsdiq edirəm: Şəriət baxımından Məscidül-Əqsanın bağlanması caiz deyil və o, dərhal açılmalıdır". O, Qüdsün Məkkə və Mədinə kimi bütün müsəlmanlara məxsus olduğunu vurğulayaraq, İslam dünyasını və ərəb hökumətlərini İsrailə təzyiq göstərməyə çağırıb.

Məqalədə: #Məscidül-Əqsa #Fövqəladə vəziyyət #İsrail kəşfiyyatı #İbadət azadlığı #Şeyx İkrima Səbri #Qüds Ali İslam Heyəti #Ramazan bayramı namazı - Əqsa məscidi #İsrailin Məscidül-Əqsanı bağlama səbəbləri 2026 #ABŞ-İsrail-İran müharibəsinin Qüdsə təsiri #Məscidül-Əqsanın idarəçiliyinə İsrail müdaxiləsi riskləri #Şeyx İkrima Səbrinin İsrail tərəfindən sorğu-suala çəkilməsi #Beynəlxalq ictimaiyyətin Məscidül-Əqsa ilə bağlı mövqeyi #Qüdsdəki müqəddəs yerlərin statusu və təhlükəsizlik tədbirləri

Mövzu üzrə digər xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi
Tarixdə bu gün

Ərəb coğrafiyasında tarixin izləri - 25 avqustun 20 mühüm hadisəsi

25 Avqust 14:53
Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

24 Avqust 07:43
İsrail Suriyanın hərbi hava qüvvələrini bərpa etməsindən narahatdır
Suriya

İsrail Suriyanın hərbi hava qüvvələrini bərpa etməsindən narahatdır

11 Avqust 15:38

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.