6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

Xaricdən gələn zəvvarların sayı 5 milyon 769 min 271 nəfər təşkil edib. Onların 86 faizi hava yolu, 13.6 faizi quru yolu, 0.4 faizi isə dəniz yolu vasitəsilə Krallığa daxil olub. Ölkə daxilindən ziyarət edənlərin sayı isə 9 milyon 464 min 496 nəfər olub. Daxili zəvvarların 53.5 faizini qeyri-səudiyyəlilər təşkil edib; ümumi bölgüdə kişilər 66.2 faiz, qadınlar isə 33.8 faiz paya sahib olub.

24 Avqust 2026 07:43
Səudiyyə Ərəbistanı 2026-cı ilin birinci rübündə 15 milyon zəvvar qəbul edib

Səudiyyə Ərəbistanında 2026-cı ilin birinci rübü ərzində ümrə ziyarətini həyata keçirənlərin ümumi sayı 15 milyon 233 min 767 nəfərə çatıb. Bu göstərici ilin ilk üç ayında Məkkədəki Məscidül-Hərama gələn zəvvarların yüksək axınını əks etdirir.

  • Səudiyyə Ərəbistanı builki Həcc mövsümünü “müstəsna uğur” adlandırdı
  • Kəbənin içində nə var və onu örtən Kisvə necə hazırlanır?

Xaricdən gələn zəvvarların sayı 5 milyon 769 min 271 nəfər təşkil edib. Onların 86 faizi hava yolu, 13.6 faizi quru yolu, 0.4 faizi isə dəniz yolu vasitəsilə Krallığa daxil olub. Ölkə daxilindən ziyarət edənlərin sayı isə 9 milyon 464 min 496 nəfər olub. Daxili zəvvarların 53.5 faizini qeyri-səudiyyəlilər təşkil edib; ümumi bölgüdə kişilər 66.2 faiz, qadınlar isə 33.8 faiz paya sahib olub.

Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq? Bunu da oxuyun Həcc 2027 üçün yeni qaydalar təsdiqləndi: Zəvvarların qalacağı yerlər necə olacaq?

Zəvvarların aylara görə bölgüsünə gəlincə, 2026-cı ilin yanvar ayı xaricdən gələnlərin ən böyük payına (ümumi sayın 63.2 faizi) sahib olub, daxili zəvvarlar üzrə isə ən aşağı göstərici məhz bu ayda qeydə alınıb.

Fevral ayında isə əks mənzərə yaranıb və daxili zəvvarların xüsusi çəkisi 68 faizə yüksəlib, xaricdən gələnlərin payı azalıb. Mart ayında da ən böyük pay 72.2 faizlə daxili zəvvarların payına düşüb, xarici zəvvarlar isə 27.8 faiz təşkil edib.

  • Səudiyyə Ərəbistanı Həcc mövsümü üçün nəqliyyat sistemini genişləndirir - Hansı yeniliklər var?
  • Səudiyyə Ərəbistanı zəvvarlar üçün yeni Ümrə vizası qaydalarını açıqlayıb

Mədinə şəhərindəki Peyğəmbər məscidini ziyarət edənlərin statistikasına əsasən, 2026-cı ilin ilk üç ayında şəhərə ümumilikdə 5 milyon 725 min 653 ziyarətçi gəlib; onların 3.7 milyonu xarici ölkələrdən gələnlər olub.

Ümrə mövsümünün başladığı 1 iyun tarixindən 14 iyula qədər olan dövrdə ümrə vizası ilə gələnlərin sayı 931.5 min nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22.5 faizlik artım deməkdir. Həmin müddətdə xaricdən gələn ümrə ziyarətçilərinin ümumi sayı isə 1.27 milyondan çox olub.

Zəvvarların qarşılanması və ibadətlərini rahat yerinə yetirmələri üçün dövlət qurumları arasında inteqrasiya gücləndirilib, rəqəmsal və əməliyyat xidmətləri genişləndirilib. Bütün bu tədbirlər "Səudiyyə Vizyonu 2030" hədəfləri çərçivəsində zəvvarların qəbulunun asanlaşdırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsi məqsədi daşıyır.

Məqalədə: #Səudiyyə Ərəbistanı #zəvvar #Məscidül-Əqsa #Səudiyyə Ərəbistanı şirkətləri #Səudiyyə Ərəbistanına səfər #Zəvvarlar üçün Məkkə #Zəvvar xidmətləri #Zəvvarların daşınması #Tarixi zəvvar yolları #Məkkədəki Məscidül-Həram #Səudiyyə Ərəbistanı ümrə statistikası 2026 #Məkkə Məscidül Həram ziyarətçilər #Mədinə Peyğəmbər məscidi ziyarət sayı #Səudiyyə hava və quru sərhəd keçidləri #Səudiyyə Vizyonu 2030 zəvvar xidmətləri #Saudi Arabia Umrah statistics Q1 2026 #Grand Mosque Mecca pilgrims official data #Over 15 million pilgrims welcomed in first quarter of 2026 #Medina hosts 5.7 million visitors at the Prophet Mosque in three months

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

10:45
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

08:08
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.