7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Doktor Hüsam Əbu Səfiyyəyə ölüm hökmü verilə bilər

Knessetin "əsirlərin edam edilməsi" haqqında yeni qanunu qəbul etməsindən sonra İsrail tərəfindən saxlanılan fələstinli həkim Hüsam Əbu Səfiyyənin ailəsi onun həyatı üçün ciddi narahatlıq keçirir.

7 Aprel 2026 16:33
Doktor Hüsam Əbu Səfiyyəyə ölüm hökmü verilə bilər

BAKI,VOA, Orxan Qədirzadə

İsrail Parlamentinin "əsirlərin edam edilməsi" haqqında yeni qanunu qəbul etməsindən sonra İsrail tərəfindən saxlanılan fələstinli həkim Hüsam Əbu Səfiyyənin ailəsi onun həyatı üçün ciddi narahatlıq keçirir.

VOA xəbər verir ki, 2024-cü ilin dekabrından bəri həbsdə olan və Kamal Advan xəstəxanasının direktoru vəzifəsində çalışan həkimin səhhətinin kəskin pisləşdiyi bildirilir. Qardaşı Məhəmməd Əbu Səfiyyənin "Əl-Cəzirə" kanalına verdiyi məlumata görə, həkim davamlı işgəncələrə məruz qalıb, qabırğasında dörd sınıq var və qeyri-insani rəftar nəticəsində 40 kiloqram çəki itirib. Ailə İsrail hakimiyyətinin yeni qanundan istifadə edərək doktor Hüsamı edam edə biləcəyindən narahatdır.

İsrail tərəfi doktor Əbu Səfiyyəni "qeyri-qanuni döyüşçü" kimi təsnif etsə də, ailəsi onun xidmət başında, tibbi geyimdə və xəstəxanadan aparıldığını vurğulayır. Hüsam Əbu Səfiyyə Qəzzada səhiyyə sisteminin çökməsinə baxmayaraq, xəstəxananı tərk etməkdən imtina etmiş, xəstəxanadaki fəaliyyətinə görə həbs olunmuşdu. Oğlu İbrahim isə İsrailin bombardmanları zamanı həlak olmuşdu.

Xatırladaq ki, keçən ayın sonunda İsrail Knesseti fələstinli əsirlərə qarşı ölüm hökmünün tətbiqini nəzərdə tutan qanunu 62 səslə qəbul edib. Qanunun ən çox tənqid olunan cəhəti onun yalnız fələstinlilərə şamil edilməsi və israillilərin bu cəzadan azad olmasıdır.

Məqalədə: #Doktor Hüsam Əbu Səfiyyənin həbsi və səhhəti #İsrailin əsirlərin edamı haqqında qanunu 2026 #Kamal Advan xəstəxanası direktoru Hüsam Əbu Səfiyyə #Fələstinli həkimlərə qarşı işgəncə iddiaları #Qeyri-qanuni döyüşçü statusu və beynəlxalq hüquq #Qəzzada tibb işçilərinin təhlükəsizliyi və həbslər #İsrail Knesseti ölüm hökmü qərarı reaksiyalar #Doktor Əbu Səfiyyənin ailəsinin beynəlxalq müraciəti #Qəzza səhiyyə sistemində insan haqları pozuntuları #Tibbi neytrallıq və həkimlərin edam təhlükəsi

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

19:31
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

18:56

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.