7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Səudiyyə Ərəbistanı regional təhdidlərə qarşı mövqeyini bir daha bəyan etdi

Səudiyyə Ərəbistanı hökuməti regionda təhlükəsizlik və sabitliyə yönələn təhdidlərə qarşı mövqeyini bir daha açıqlayıb. Qeyd olunub ki, hökumət İraq ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı həyata keçirilən hücumları sərt şəkildə pisləyib və İraq hökumətini bu təhdidlərin qarşısını almaqda məsuliyyət daşımağa çağırıb.

15 Aprel 2026 11:38
Səudiyyə Ərəbistanı regional təhdidlərə qarşı mövqeyini bir daha bəyan etdi

BAKI,VOA, Fərid Mikayılov

Səudiyyə Ərəbistanı hökuməti regionda təhlükəsizlik və sabitliyə yönələn təhdidlərə qarşı mövqeyini bir daha açıqlayıb.

VOA xəbər verir ki, krallıq digər ölkələrin suverenliyinin pozulmasını və regionda gərginliyin artırılmasına yönələn cəhdləri qəti şəkildə rədd etdiyini bildirib.

Məlumata əsasən, Ciddə şəhərində keçirilən Nazirlər Kabinetinin iclasına vəliəhd şahzadə Məhəmməd bin Salman rəhbərlik edib.

Qeyd olunub ki, hökumət İraq ərazisindən buraxılan pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası ölkələrinə qarşı həyata keçirilən hücumları sərt şəkildə pisləyib və İraq hökumətini bu təhdidlərin qarşısını almaqda məsuliyyət daşımağa çağırıb.

Bildirilib ki, Kabinet Səudiyyə Silahlı Qüvvələrinin ölkənin təhlükəsizliyinin qorunmasında göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib və hücumlar nəticəsində zərər görmüş enerji obyektlərində istehsalın qısa müddətdə bərpasını müsbət hal kimi dəyərləndirib.

Məlumata görə, hökumət enerji sektorunun dayanıqlığını və qlobal bazarlara tədarükün fasiləsizliyini təmin etmək qabiliyyətini vurğulayıb.

Qeyd edilib ki, iclasda həmçinin Məkkə və Mədinə ziyarətçilərinə xidmət sahəsinin inkişafı, kosmik tədqiqatlar çərçivəsində “Şəms” peykinin uğurlu buraxılışı, eləcə də təhsil və səhiyyə sahələrinin beynəlxalq nailiyyətləri müzakirə olunub.

Bildirilib ki, ölkənin şəhərlərinin “Ağıllı Şəhər İndeksi 2026”da irəliləyişi və ekoloji təşəbbüslər çərçivəsində milyonlarla ağacın əkilməsi Səudiyyə Ərəbistanında davamlı inkişafın göstəricisi kimi qiymətləndirilib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Məhəmməd bin Salman #Riyad #Ciddə #Səudiyyə Ərəbistanı hökuməti

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında kütləvi reydlər-bir həftədə 12 mindən çox miqrant deportasiya edildi

6 Sentyabr 11:30
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Ərəb turizmi

Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib

6 Sentyabr 10:45
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

5 Sentyabr 20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

5 Sentyabr 13:44

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.