7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Livanın cənubunda yeni və qalıcı hərbi məntəqələr qurmağa başlayıb

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb. Ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

15 Aprel 2026 22:09
İsrail ordusu Livanın cənubunda yeni və qalıcı hərbi məntəqələr qurmağa başlayıb

BAKI,VOA, Nailə Babazadə

İsrailin "Haaretz" qəzetinin yaydığı məlumata görə İsrail ordusu son dövrlərdə Livanın cənubunda və sərhəd xətti boyunca əlavə hərbi məntəqələr yaradıb.

VOA xəbər verir ki, ötən ay quru işğalına yenidən başlayan İsrail ordusu 2024-cü ildəki atəşkəsdən sonra Livan ərazisində qalan 5 strateji nöqtəni nəzarətdə saxlamağa davam edir. Şahidlərin ifadələrinə istinadən hazırlanan xəbərdə İsrailin Livan torpaqlarında qurduğu hərbi postların sayının iki qat artacağı gözlənilir.

Hərbçilər xəbərdarlıq edir ki, bu nöqtələr "Hizbullah" ilə daimi qarşıdurma mərkəzlərinə çevrilə bilər və raket hücumları, həmçinin dron zərbələri üçün hədəf ola bilər.

İsrail ordusu hər nə qədər "daimi təhlükəsizlik zonası" planının olmadığını iddia etsə də, ərazidəki fəaliyyətlər fərqli mənzərə yaradır. Litani çayının 20 kilometr cənubuna qədər irəliləyən bölmələr Livan kəndlərində binaları uçuraraq təmizləmə işləri aparır. Qəzetə danışan israilli hərbçilər Livanın cənubundakı vəziyyəti Qəzza zolağındakı dağıntılarla müqayisə ediblər. Bildirilir ki, texnika və buldozerlər vasitəsilə binalar məhv edilir və muvəqqəti deyil, uzunmüddətli istifadə üçün nəzərdə tutulan mövqelər qurulur. Livan hökuməti isə hücumlar nəticəsində didərgin düşən insanların sayının 1 milyon 162 min nəfəri keçdiyini bəyan edib.

Məqalədə: #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #Livan İsrail gərginliyi #Livan İsrail münasibətləri #livan hizbullah israil

Mövzu üzrə digər xəbərlər

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub
Livan

Livan Prezidentinin İsraillə bağlı mövqeyi “Hizbullah”ın etirazına səbəb olub

3 Sentyabr 18:19
Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb
Livan

Hizbullah Livan hakimiyyətini İsrailə qarşı daha fəal addımlar atmağa çağırıb

15 Avqust 18:41
İsrail qüvvələri Livanın cənubunda irəliləyib
Livan

İsrail qüvvələri Livanın cənubunda irəliləyib

8 Avqust 18:05
İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?
Yaxın Şərq

İsrail Livanın cənubunda infrastrukturu niyə dağıdır?

4 Avqust 10:42

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.