7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Dubayda investor olmaq artıq daha asandır - Yeni viza bələdçisi

Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay, xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə daşınmaz əmlak əsaslı viza proqramlarını daha da sadələşdirib. Yeni qaydalar çərçivəsində Dubayda əmlak alan investorlar üçün həm qısamüddətli, həm də uzunmüddətli yaşayış vizası imkanları genişləndirilib. Hazırda investorlar üçün əsasən iki viza növü mövcuddur: 2 illik yaşayış vizası və 10 illik “Qızıl Viza”.

1 May 2026 16:05
Dubayda investor olmaq artıq daha asandır - Yeni viza bələdçisi

BAKI,VOA

Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay, xarici investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə daşınmaz əmlak əsaslı viza proqramlarını daha da sadələşdirib.

VOA xəbər verir ki, yeni qaydalar çərçivəsində Dubayda əmlak alan investorlar üçün həm qısamüddətli, həm də uzunmüddətli yaşayış vizası imkanları genişləndirilib. Hazırda investorlar üçün əsasən iki viza növü mövcuddur: 2 illik yaşayış vizası və 10 illik “Qızıl Viza”.

10 illik “Qızıl Viza” – uzunmüddətli investorlar üçün

Dubayda uzun müddət yaşamaq və fəaliyyət göstərmək istəyən investorlar üçün nəzərdə tutulmuş bu viza növü daha geniş hüquqlar təqdim edir.

İnvestisiya tələbi – Əmlakın dəyəri minimum 2 milyon BƏƏ dirhəmi (təxminən 545 min ABŞ dolları) olmalıdır.

Əsas üstünlüklər –

Sponsor tələb olunmur

Ailə üzvləri (həyat yoldaşı və uşaqlar) sponsorluq edilə bilər

Köməkçi heyətin də gətirilməsi mümkündür

BƏƏ-dən 6 aydan çox kənarda qalmaq vizanın ləğvinə səbəb olmur

İpoteka şərti – Əmlak kreditlə alınıbsa, banka ödənilmiş məbləğ minimum 2 milyon dirhəm olmalıdır.

2 illik investor vizası – daha əlçatan variant

Daha aşağı büdcə ilə Dubayda yaşamaq istəyənlər üçün nəzərdə tutulmuş bu viza növü də geniş maraq doğurur.

İnvestisiya tələbi – Əmlakın dəyəri minimum 750 min BƏƏ dirhəmi (təxminən 204 min ABŞ dolları) olmalıdır.

Şərtlər –

Əmlak yaşayış təyinatlı olmalıdır

Ofis və torpaq sahələri bu kateqoriyaya daxil edilmir

Mülkiyyət sənədi (Title Deed) investorun adına olmalıdır.

Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilməlidir:

Pasportun surəti

Əmlakın mülkiyyət sənədinin əsli

Şəxsi fotoşəkil

Mövcud viza statusu (əgər varsa)

Məhkumluq barədə arayış

Tibbi sığorta

Tibbi müayinə nəticələri.

İnvestorlar müraciətlərini Dubay Torpaq Departamenti və ya xüsusi xidmət mərkəzləri vasitəsilə həyata keçirə bilirlər.

Xərclər isə viza növünə görə dəyişir:

2 illik viza – təxminən 13 000 – 15 000 dirhəm

10 illik “Qızıl Viza” – təxminən 8 000 – 10 000 dirhəm

Yeni dəyişikliklərin mahiyyəti

Dubay hökuməti son islahatlar çərçivəsində müraciət prosesini sürətləndirib, prosedurların böyük hissəsini rəqəmsallaşdırıb və investorlar üçün inzibati maneələri minimuma endirib.

Ekspertlər hesab edirlər ki, bu addımlar Dubayı yalnız yaşayış üçün deyil, həm də qlobal səviyyədə etibarlı və sabit investisiya mərkəzi kimi daha da gücləndirir.

Məqalədə: #Dubay investisiya imkanları #Dubay investor vizası #BƏƏ qızıl viza 2026 #daşınmaz əmlak investisiya Dubay #Dubayda ev alaraq viza #BƏƏ yaşamaq icazəsi #Dubay əmlak bazarı #Dubayda yaşayış qaydaları #investorlar üçün viza şərtləri

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

22:04
Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib
Livan

Livan Prezidenti İsraili razılaşmanı pozmaqda ittiham edib

19:34
İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb
Livan

İsrailin Livanın cənubuna son üç gündə endirdiyi hava zərbələri nəticəsində azı 27 nəfər ölüb

19:31
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
Livan

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb

18:56

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.