7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Qəzzada qurbanlıq heyvanlar 5 min dollara qədər bahalaşıb

Qəzza zolağında davam edən müharibə və blokada şəraitində Qurban bayramı bu il də dərin humanitar böhran fonunda qeyd olunur. Regionda qurbanlıq heyvanların qiymətləri rekord səviyyəyə yüksələrək 5 min dolları ötüb.

15 May 2026 12:51
Qəzzada qurbanlıq heyvanlar 5 min dollara qədər bahalaşıb

BAKI,VOA Orxan Qədirzadə

Qəzza zolağında davam edən müharibə və blokada şəraitində Qurban bayramı bu il də dərin humanitar böhran fonunda qeyd olunur. Regionda qurbanlıq heyvanların qiymətləri rekord səviyyəyə yüksələrək 5 min dolları ötüb.

VOA xəbər verir ki, Qəzza zolağının şimal hissəsində dağıdılmış evlərin və məhv edilmiş təsərrüfatların qalıqları arasında bayram hazırlıqları bu il demək olar ki, simvolik xarakter daşıyır. Uzunmüddətli müharibə nəticəsində həm otlaq sahələri, həm də yem ehtiyatları ciddi şəkildə sıradan çıxıb.

Məlumata görə, 2023-cü ilin oktyabrından etibarən davam edən hərbi əməliyyatlar və blokada səbəbindən Qəzza zolağına canlı mal-qaranın daxil olması tamamilə dayandırılıb. Bu vəziyyət heyvandarlıq sektorunun iflic olmasına gətirib çıxarıb və qurbanlıq heyvanların kəskin qıtlığına səbəb olub.

Yerli fermerlərin bildirdiyinə görə, qurbanlıq heyvanların bir ədədi üçün qiymət 5 min dollardan da yüksəkdir. Bəzi hallarda diri çəkidə ətin kiloqramı 80–115 dollar arasında dəyişir ki, bu da əhalinin böyük hissəsinin alıcılıq imkanlarını tamamilə aşır.

Fermerlər bildirirlər ki, müharibə yalnız insan itkisi ilə deyil, həm də heyvandarlıq təsərrüfatının məhv olması ilə nəticələnib. Bir çox təsərrüfat sahibi evlərini və mal-qarasını itirib, sağ qalan az sayda heyvan isə ciddi qida qıtlığı şəraitində saxlanılır.

Otlaq sahələrinin məhv olması səbəbindən heyvandarlıqla məşğul olanlar məcburiyyət qarşısında qalaraq heyvanları humanitar yardım üçün nəzərdə tutulmuş ərzaq məhsulları ilə qidalandırırlar. Bu isə bölgədə ərzaq çatışmazlığının daha da dərinləşdiyini göstərir.

Eyni zamanda, müvəqqəti heyvandarlıq təsərrüfatlarının yaradılması da yüksək xərclər səbəbindən mümkünsüz hala gəlib. Sadə bir tövlənin tikintisi belə material qıtlığı səbəbindən təxminən 5 min dollara başa gəlir.

Yerli əhali bildirir ki, qurbanlıq ətə çıxışın demək olar ki, mümkünsüz olması Qəzza zolağında ərzaq böhranını daha da ağırlaşdırıb. Hazırda bayram ənənələrinin davam etdirilməsi əsasən xeyriyyə təşkilatlarının dəstəyi hesabına mümkün olur.

Beynəlxalq təşkilatlara isə Qəzza zolağına humanitar dəhlizlərin açılması və blokadanın yumşaldılması üçün çağırışlar edilir.

Qeyd edək ki, Qəzza zolağında 2023-cü il oktyabrın 8-dən bəri davam edən müharibə nəticəsində on minlərlə insan həyatını itirib, bölgənin infrastrukturunun böyük hissəsi isə ciddi şəkildə dağıdılıb.

Məqalədə: #Qəzza zolağı #humanitar böhran #Qəzza müharibəsi #Qurban bayramı böhranı #qurbanlıq qiymətləri #heyvandarlıq sektoru #canlı mal-qara qadağası #fermer təsərrüfatları #Qəzza iqtisadi böhranı

Mövzu üzrə digər xəbərlər

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb
Yəmən

Yəməndə döyüşlər şiddətlənib - 21 min insan köçkün düşüb

18:09
Qəzzada ölənlərin sayı 73 658-ə çatıb
Yaxın Şərq

Qəzzada ölənlərin sayı 73 658-ə çatıb

18:05
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
22:04
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
Müsəlman Dünya Liqası elmi möcüzələr üzrə hansı layihəni təqdim edib?
21:56
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.