5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

FİFA-nın İsrail və Fələstin komandaları arasında simvolik oyun ideyası müzakirələrə səbəb oldu

Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ-də sentyabr ayında keçirilməsi planlaşdırılan yeni beynəlxalq gənclər festivalı çərçivəsində Fələstin və İsrailin 15 yaşadək futbol yığmaları arasında xüsusi oyunun təşkili imkanını nəzərdən keçirir.

19 İyun 2026 09:33
FİFA-nın İsrail və Fələstin komandaları arasında simvolik oyun ideyası müzakirələrə səbəb oldu

BAKI,VOA, Orxan Qədirzadə

Beynəlxalq Futbol Federasiyası (FİFA) ABŞ-də sentyabr ayında keçirilməsi planlaşdırılan yeni beynəlxalq gənclər festivalı çərçivəsində Fələstin və İsrailin 15 yaşadək futbol yığmaları arasında xüsusi oyunun təşkili imkanını nəzərdən keçirir.

Məlumata görə, təşəbbüs FİFA prezidenti Canni İnfantino tərəfindən irəli sürülüb. Təklif İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması tələblərinin yenidən gündəmə gəldiyi bir dövrdə ortaya çıxıb.

Son illərdə müxtəlif fəallar, insan hüquqları təşkilatları və idman qurumları İsrailin beynəlxalq idman yarışlarında iştirakının dayandırılması çağırışlarını artırıblar. Onlar beynəlxalq hüququn pozulması, fələstinli idmançılara qarşı hücumlar və idman infrastrukturunun dağıdılması ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Məlumatlara əsasən, 2023-cü ilin oktyabr ayında başlayan müharibədən bəri ən azı 467 futbolçu və ümumilikdə 949 idmançı həyatını itirib. Eyni zamanda yüzlərlə idman obyekti zədələnib və ya tamamilə dağıdılıb. Bu səbəbdən Fələstin ərazilərində futbol fəaliyyəti demək olar ki, dayanıb.

Buna baxmayaraq, Fələstin Futbol Assosiasiyası tərəfindən edilən çoxsaylı müraciətlərə və beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, FIFA İsrailin yarışlardan uzaqlaşdırılması ilə bağlı hər hansı qərar qəbul etməyib.

Məhz bu şəraitdə Fələstin və İsrailin yeniyetmə komandaları arasında simvolik xarakter daşıyan oyunun keçirilməsi ideyası yeni müzakirələrə və tənqidlərə səbəb olub.

Tənqidçilər hesab edirlər ki, FİFA real addımlar atmaq əvəzinə barışıq mesajı verməyə yönəlmiş simvolik təşəbbüslərlə kifayətlənir. Onların fikrincə, Qəzzada stadionların dağıdıldığı, idman infrastrukturunun ciddi zərər gördüyü və bütöv bir idmançı nəslinin karyerasını davam etdirmək imkanlarını itirdiyi şəraitdə belə bir oyunun təşkili mövcud problemlərin mahiyyətini arxa plana keçirə bilər.

Mövzu ilə bağlı FİFA tərəfindən hələlik rəsmi yekun qərar açıqlanmayıb. ABŞ-də keçirilməsi planlaşdırılan gənclər festivalının proqramı və mümkün oyunla bağlı müzakirələrin davam etdiyi bildirilir.

Məqalədə: #Beynəlxalq Futbol Federasiyası (FİFA) #ABŞ-də yeni beynəlxalq gənclər festivalı #Fələstin və İsrailin 15 yaşadək futbol yığmaları #FİFA prezidenti Canni İnfantino #İsrailin beynəlxalq yarışlardan kənarlaşdırılması tələbləri #öldürülən fələstinli futbolçular

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.