7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Cozef Aun Əsəd əş-Şeybani ilə görüşdə nələri müzakirə edib?

Livan Prezidenti Cozef Aun cümə axşamı Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşərək iki ölkə arasında münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional vəziyyəti müzakirə edib. Tərəflər həmçinin sərhəd təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə və birgə koordinasiyanın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırıblar.

2 İyul 2026 16:15
Cozef Aun Əsəd əş-Şeybani ilə görüşdə nələri müzakirə edib?

BAKI,VOA Orxan Qədirzadə

Livan Prezidenti Cozef Aun cümə axşamı Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşərək iki ölkə arasında münasibətlərin inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional vəziyyəti müzakirə edib. Tərəflər həmçinin sərhəd təhlükəsizliyi, qaçaqmalçılıqla mübarizə və birgə koordinasiyanın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırıblar.

Livanın rəsmi xəbər agentliyinin yaydığı məlumata görə, Prezident Cozef Aun bildirib ki, Beyrut Suriya ilə qarşılıqlı hörmətə, əməkdaşlığa, koordinasiyaya və hər iki dövlətin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanan qardaşlıq münasibətlərinin inkişafında maraqlıdır.

Prezident vurğulayıb ki, Livan Suriyanın sabitliyinə necə önəm verirsə, Suriya da Livanın təhlükəsizliyinə eyni yanaşmanı nümayiş etdirir. O, xüsusilə sərhədlərin qorunması, insanların və silahların qanunsuz daşınmasının qarşısının alınması sahəsində iki ölkə arasında koordinasiyadan məmnun olduğunu bildirib.

Cozef Aun qeyd edib ki, Suriya Prezidenti Əhməd əş-Şəra ilə keçirdiyi görüşlər və telefon danışıqları zamanı Dəməşq rəhbəri Suriyanın artıq keçmişdə olduğu kimi Livanın daxili siyasi proseslərində iştirak etməyəcəyini vurğulayıb. Prezidentin sözlərinə görə, iki ölkə arasında yeni səhifə açılıb və Suriya bundan sonra Livanda hər hansı siyasi tərəfi deyil, bütün livanlıları dəstəkləyəcək.

Livan Prezidenti iki ölkə arasında yaradılan Ali Birgə Komissiyanı da alqışlayaraq, bu mexanizmin hər iki dövlətin maraqlarının qorunmasına xidmət edəcəyini bildirib.

Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani isə görüş zamanı Prezident Əhməd əş-Şəranın salamlarını çatdırıb və Cozef Aunu rəsmi səfərlə Dəməşqə dəvət edib.

Nazir bildirib ki, Beyruta səfərinin əsas məqsədi Suriya ilə Livan arasında münasibətləri daha da gücləndirmək, xüsusilə iqtisadi sahədə əməkdaşlığı və əlaqələndirməni fəallaşdırmaqdır.

Livan və Suriya Ali Birgə Komissiya yaradıb

Livanın Baş naziri Nəvvaf Salam da Əsəd əş-Şeybani ilə keçirdiyi görüşdən sonra iki ölkə arasında Ali Birgə Komissiyanın yaradılması barədə sənədin imzalandığını açıqlayıb.

Baş nazir bildirib ki, Livan və Suriya münasibətləri qarşılıqlı maraqlar əsasında yenidən formalaşdırılacaq. Onun sözlərinə görə, tərəflər Livan-Suriya İşgüzar Şurasının yaradılması barədə də razılığa gəliblər.

Nəvvaf Salam əlavə edib ki, Beyrut enerji, elektrik şəbəkələrinin birləşdirilməsi, nəqliyyat və digər sahələrdə Suriya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Əsəd əş-Şeybani isə Ali Birgə Komissiyanın iqtisadi əməkdaşlığın inkişafı və təhlükəsizlik sahəsində razılaşmaların həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

Nazir vurğulayıb ki, onun Beyruta səfəri Suriyanın Livan hökumətinə və xalqına dəstəyinin praktiki ifadəsidir.

O qeyd edib ki, hər iki ölkənin xalqları uzun illər ağır problemlərlə üzləşib və artıq həmin mənfi irsin geridə qalması üçün çalışırlar.

"Suriya Livanın bütün siyasi qüvvələrinə, dini icmalarına və etnik qruplarına eyni münasibət bəsləyir. Biz heç bir istisna olmadan bütün tərəflərlə görüşürük, çünki bütün rəngarəngliyi ilə Livana inanırıq", – deyə nazir bildirib.

İsrailin hücumları və məhbuslar məsələsi də müzakirə olunub

Əsəd əş-Şeybani İsrailin Livana qarşı həyata keçirdiyi hücumları da pisləyib.

O, Suriyanın hava zərbələri və insanların məcburi köçkün salınması daxil olmaqla bütün hücumları rədd etdiyini bildirib.

Suriyanın xarici işlər naziri həmçinin Livanda saxlanılan suriyalı məhbusların Dəməşqə təhvil verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələ iki ölkə hökumətləri arasında əldə olunmuş razılaşmalar çərçivəsində həll edilməlidir.

Nazir qeyd edib ki, Suriya məhbuslar və saxlanılan şəxslərlə bağlı məsələləri yalnız Livanın rəsmi dövlət qurumları ilə birbaşa dialoq yolu ilə müzakirə etmək niyyətindədir.

Hizbullah məsələsi görüşün gündəliyində olmayıb

Əsəd əş-Şeybani səfər çərçivəsində Livan parlamentinin sədri Nəbih Berri ilə də görüş keçirib.

Görüşdən sonra jurnalistlərə açıqlama verən nazir bildirib ki, danışıqlar əsasən Livan-Suriya münasibətlərinin inkişafına həsr olunub və "Hizbullah" hərəkatı ilə bağlı hər hansı məsələ müzakirə edilməyib.

"Hizbullah" nümayəndələri ilə mümkün görüş ehtimalına münasibət bildirən Əsəd əş-Şeybani qeyd edib ki, əgər bu, ümumi maraqlara xidmət edərsə, belə görüşə açıq yanaşırlar.

Nazir əlavə edib ki, Nəbih Berri ilə danışıqlar yalnız iki ölkə arasında əməkdaşlığın və münasibətlərin daha da möhkəmləndirilməsi yolları ətrafında aparılıb.

Məqalədə: #Livan Prezidenti Cozef Aun #Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani #Livan Suriya əlaqələri #Suriyanın sabitliyi #Livanın təhlükəsizliyi

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Livan

Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib

6 Sentyabr 11:52
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Fələstin

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib

6 Sentyabr 08:08
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.