7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrail ordusunun Suriya, Livanın cənubu və Qəzza zolağında nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsi ilə bağlı tələbinə qarşı çıxacağını açıqlayıb. Netanyahu ABŞ-a səfəri ərəfəsində keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında Vaşinqtonun bu mövqeyini qəbul etməyəcəyini bildirib.

27 İyul 2026 10:01
Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

BAKI, VOA, Fərid Mikayılov

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İsrail ordusunun Suriya, Livanın cənubu və Qəzza zolağında nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsi ilə bağlı tələbinə qarşı çıxacağını açıqlayıb.

VOA xəbər verir ki, Netanyahu ABŞ-a səfəri ərəfəsində keçirilən həftəlik Nazirlər Kabinetinin iclasında Vaşinqtonun bu mövqeyini qəbul etməyəcəyini bildirib.

Onun sözlərinə görə, İsrail ordusu Qəzza zolağındakı "Sarı Hat" xəttində tam nəzarəti qoruyacaq və geri çəkilmə baş verməyəcək.

İsrail hökuməti həmçinin Beynəlxalq Sabitlik Qüvvəsinin (ISF) ölkəyə yerləşdirilməsi ilə bağlı yeni şərtləri də açıqlayıb. Bildirilib ki, hazırda ISF tərkibində yalnız İsrailin dost ölkələri hesab edilən Uqanda və Mərakeşdən təxminən 200 nümayəndə fəaliyyət göstərir.

Kabinet qərarına əsasən, ISF qüvvələrinin İsrailə girişinə yalnız baş nazir, müdafiə naziri və xarici işlər nazirinin razılığı ilə icazə veriləcək. Bundan əlavə, missiyada iştirak edəcək ölkələrin İsraillə sülh razılaşmasına malik olması və beynəlxalq səviyyədə ölkəyə və ya onun rəsmi şəxslərinə qarşı hər hansı hüquqi və ya siyasi fəaliyyət göstərməməsi əsas şərt kimi müəyyənləşdirilib.

Qeyd olunur ki, 10 oktyabr 2025-ci ildə Qəzza zolağında atəşkəs qüvvəyə minsə də, İsrail bölgədə hərbi əməliyyatları, dağıntıları və blokadanı davam etdirir. Məlumatlara görə, hazırda Qəzza ərazisinin təxminən 70 faizi İsrailin nəzarətindədir, fələstinlilər isə ərazinin cəmi 30 faizini təşkil edən məhdud zonada yaşayırlar.

İsrail mətbuatının məlumatına görə, Vaşinqton son dövrlərdə Təl-Əvivdən Suriya, Livanın cənubu və Qəzza zolağında nəzarətdə saxladığı ərazilərdən geri çəkilməsini tələb edir. Benyamin Netanyahunun isə sabah Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla bu məsələni müzakirə edəcəyi gözlənilir.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.