7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev: Azərbaycanın Kahramanmaraşda bərpa işlərinə töhfə verərək Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq

5 Fevral 2025 14:54
Prezident İlham Əliyev: Azərbaycanın Kahramanmaraşda bərpa işlərinə töhfə verərək Türkiyənin yanında olmağından böyük qürur hissi duyuruq

Bakı, AzerVoice

İki il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həyatlarını itirmiş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla anır, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm.

Azərbaycan bu dəhşətli faciə ilə bağlı qardaş Türkiyənin dərdini bölüşür, kədərini birlikdə yaşayır. Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrdən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi. Həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü.

AzerVoice xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda yer alıb.

Bu gün güclü və qüdrətli Türkiyə dövlətinin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə fəlakətin nəticələrinin aradan qaldırılması, zərərçəkmiş bölgədə həyatın və iqtisadiyyatın dirçəldilməsi, insanların yeni evlər və iş yerləri ilə təmin olunması istiqamətində genişmiqyaslı quruculuq işləri həyata keçirdiyini vurğulayan Prezident İlham Əliyev əlavə edib: “Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq”.

Azərbaycan Prezidenti vurğulayıb ki, “Bir millət iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan ölkələrimiz və xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını və həmrəyliyini sübut edirlər. Bu, həmişə belə olub və bu cür də davam edəcəkdir.

“Əminəm ki, bir-birinə qırılmaz tellər ilə bağlı olan xalqlarımızın iradəsi ilə zamanın sınaqlarından çıxmış birliyimiz və strateji müttəfiqliyimiz daim yaşayacaq, ölkələrimizin rifahı və əmin-amanlığı naminə qarşıya qoyduğumuz hədəflərə çatmaq üçün birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyən dövlətimizin başçısı bu anım günündə bir daha Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.