7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb

22 May 2024 16:16
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb

Bakı. AzerVoice:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2001-ci il 30 iyun tarixli 518 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” 2005-ci il 22 iyul tarixli 268 nömrəli, “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli fərmanlarında və “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

AzerVoice xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 416 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nun 3-cü hissəsinin dördüncü abzasında “Ali Hərbi Məktəbi” sözləri “Hərbi İnstitutu” sözləri ilə əvəz edilsin.

  1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 604 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin 2-1-ci fəslinin adında, 30-1-ci və 30-2-ci hissələrinin birinci abzaslarında, 30-2.1─30-2.3-cü bəndlərində, 30-2.4-cü bəndinin birinci, ikinci və üçüncü cümlələrində, 30-3-cü hissəsinin birinci abzasında, 30-3.1.9-cu yarımbəndində, 30-4-cü hissəsinin birinci abzasında, 30-4.1─30-4.3-cü bəndlərində, 30-4.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 30-5-ci hissəsinin birinci abzasında, 30-5.1─30-5.3-cü bəndlərində, 36-cı hissəsinin üçüncü abzasının birinci və ikinci cümlələrində, 37-1-ci hissəsinin birinci abzasında, 37-1.1─37-1.3-cü bəndlərində və 39-cu hissəsinin ikinci abzasında ismin müvafiq hallarında “Ali Hərbi Məktəb” sözləri ismin müvafiq hallarında “Hərbi İnstitut” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə 6-1─6-4, 16-1─16-10, 20-1─20-4 və 26-1 nömrəli şəkillərdə “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilsin.

  1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 4.2-ci bəndində “Ali Hərbi Məktəbi” sözləri “Hərbi İnstitutu” sözləri ilə əvəz edilsin.
  2. “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978 (Cild I) 1-ci hissəsində “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilsin.
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.