7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəsmi Xronika
Rəsmi Xronika

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

18 Avqust 2025 16:51
Baku
Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

AzerVoice xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatın Slovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiya tərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbul olunur.

Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusda Slovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycana səfərini məmnunluqla xatırladı.

Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və dəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığın mühüm əhəmiyyət daşıdığı qeyd edildi.

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, bu xüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi bu əlaqələrin inkişafına göstərdiyi dəstək vurğulandı. Həmçinin Slovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkənin Azərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyi bildirildi.

Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin dəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu, bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeni perspektivlər açdığını qeyd etdi.

Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Slovakiya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmi səfərə dəvət olunduğunu bir daha qeyd etdi.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərə dəvəti məmnunluqla qəbul etdiyini bildirdi.

Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq, həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiya şirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib Prezident İlham Əliyev Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Məqalədə: #Prezident İlham Əliyev

Mövzu üzrə digər xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34
Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.