6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir - Fransalı jurnalist

20 Yanvar 2024 11:19
Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir - Fransalı jurnalist

Bakı. AzerVoice:

Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan-Mişel Brun secki-2024.az saytına bu il fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

AzerVoice-un məlumatına görə, o deyib ki, Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir.

Baş redaktor xatırladıb ki, 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bötövlüyü təmin olundu:

“Separatçıların son sığınacağı olan Xankəndi şəhərini azad etməklə Azərbaycan Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalına son qoydu, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi”.

Jan-Mişel Brunun sözlərinə görə, bundan sonra ölkə yeni bir dövrə qədəm qoyub ki, bu da yenilənmə zərurəti yaradıb: “Yenilənmə Prezident seçkiləri ilə həyata keçirilməlidir. Axı ərazilərin işğaldan azad edilməsi 30 il ərzində məcburi köçkün statusunda yaşamış yerli əhalinin həmin ərazilərə qayıdışına birbaşa işarədir. Bu nöqteyi-nəzərdən seçkilərin keçirilməsi olduqca vacibdir. Çünki seçkilər ölkənin bütün regionlarının ərazilərini əhatə edəcək. 1993-cü ildə Qarabağ və Şərqi Zəngəzurdan qovulmuş keçmiş məcburi köçkünlər son tarixi hadisələrdən sonra Şuşa, Ağdam, Füzuliyə qayıdaraq azad edilmiş ərazilərdə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Eyni zamanda Xankəndi, Əsgəran, Ağdərə və Xocalıda da seçki məntəqələri yaradılıb. Ölkənin bütün ərazisində keçirilən ilk seçkilərin Prezident seçkiləri olması, sözsüz ki, bütün Azərbaycan xalqı üçün güclü və misilsiz simvolik xarakter daşıyır”.

Jan-Mişel Brun əmin olduğunu bildirib ki, Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir:

“Hazırda Azərbaycan Avropa İttifaqı tərəfindən etibarlı enerji tərəfdaşı kimi tanınır, xüsusilə Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş ərazilərində “ağıllı” və resurslara qənaət edən şəhərlərin tikintisi hesabına iddialı enerji keçidi planı hazırlanır. Ən böyük qlobal tədbir olan COP29 ərəfəsində bu statusu qorumaq olduqca vacibdir”.

Azərbaycan xalqı seçkilərə inamla, dünya siyasi arenasında qələbə və uğurların davam edəcəyi arzusu ilə gedir - Fransalı jurnalist
Məqalədə: #Azərbaycan #Azərbaycanda Prezident seçkiləri 2024

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
08:39
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.