11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Türkiyə üçün yeni bir fürsət qapısı açıldı - Bahçeli

1 Mart 2025 23:26
Türkiyə üçün yeni bir fürsət qapısı açıldı - Bahçeli

Bakı, AzerVoice

Belə xaotik mühit və şəraitdə Türkiyə üçün tarixi bir fürsət qapısı açılıb.

AzerVoice xəbər verir ki, bu sözlər Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçelinin verdiyi açıqlamada yer alıb.

Bahçeli, İmralıdan gələn çağırış sonrası atılan və atılacaq addımlarla bağlı fikirlərini bölüşüb.

"Hər kəsə məlumdur ki, siyasi problemlər, silahlı toqquşmalar, sistematik çatlar və digər bir çox pozuntular bəşəriyyətin sülh, sabitlik və təhlükəsizlik mühitini zəhərləyir. Sabitliyi pozulmuş, iradəsi məhdudlaşdırılmış bir dünya bütün risk və qeyri-müəyyənlikləri ilə qarşımızda dayanır.", - deyə o qeyd edib.

Bahçeli vurğulayıb ki, mənəvi, əxlaqi və hüquqi böhranların səviyyəsi artdıqca, geosiyasi qarşıdurmalar, iqtisadi gərginliklər və strateji cəbhələşmələr də yeni mövqelər əldə edərək fərqli ölçülər qazanır.

"Bölgəsəl və qlobal təhdidlərə qarşı sahib olduğumuz sivilizasiya irsi və müqəddəs millət varlığımız yeganə təminatımızdır", - deyə Bahçeli qeyd edib.

O bildirib ki, Türk milləti min ildir Anadolu coğrafiyasını öz yurdu etmişdir.

Qeyd edək ki, daha öncə PKK terror təşkilatının lideri Abdullah Öcalan PKK-ya silahları yerə qoyma çağırısı edib.

"Bütün qruplar silahı yerə qoymalı və PKK özünü buraxmalıdır. Silahları yerə qoyma çağırısı edir və bu tarixi çağırının məsuliyyətini öz üzərimə götürürəm", - deyə Öcalanın mesajında qeyd olunub.

Həmçinin xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.

Məqalədə: #Türkiyə #PKK #Devlet Bahçeli #terror

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.