8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

TEKNOFEST-in hədəfi yeni gənc nəsillərin yetişdirilməsidir - Selçuk Bayraktar

9 Sentyabr 2024 14:07
TEKNOFEST-in hədəfi yeni gənc nəsillərin yetişdirilməsidir - Selçuk Bayraktar

Bakı, AzerVoice

TEKNOFEST dünya tarixində iz qoyacaq yeni nəsil gəncləri yetişdirməyi planlaşdırır.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə TEKNOFEST İdarə Heyətinin sədri Selçuk Bayraktar festival çərçivəsində olan çıxışı zamanı bildirib.

Bayraktar festivalın əsas məqsədinin dünyada iz qoyacaq nəsillər yetişdirmək və texnologiya sahəsində bəşəriyyətin xeyrinə yeni töhfələr vermək olduğunu vurğulayıb. Onun sözlərinə görə, TEKNOFEST-in məqsədi müstəqil Türkiyənin güclənməsi və texnologiyanın inkişafına rəhbərlik edəcək yeni gənc nəsillərin yetişdirilməsidir.

Bayraktar, festivalda gənclərin böyük əzm və həvəslə çalışdığını və bu enerjinin Türkiyənin texnoloji inkişafına ciddi təsir edəcəyini bildirib. O, həmçinin bu gənclərin gələcəkdə pilotsuz uçuş aparatları və kosmos proqramları kimi sahələrdə mühüm irəliləyişlər əldə edəcəyinə inandığını ifadə edib.

TEKNOFEST-in böyüməsi ilə bağlı optimist fikirlərini paylaşan Bayraktar, Türkiyənin müdafiə sənayesi və sahibkarlıq ekosisteminin daha da inkişaf edəcəyini və yüksək texnologiyalı məhsulların milli və qlobal miqyasda əhəmiyyət daşıdığını qeyd edib. O, festivalın yalnız texnoloji inkişafı deyil, həm də bəşəriyyətə fayda verəcək böyük təşəbbüsləri hədəflədiyini vurğulayıb.

Bayraktar, Baykar şirkətinin dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçısı olduğunu qeyd edərək, bu sahədəki uğurların gələcəkdə daha da artacağına ümid etdiyini bildirib. Eyni zamanda, Kızılelma, Bayraktar TB3 və kosmos sahəsində görülən işlərin də davam etdiyini vurğulayıb.

Qeyd edək ki, 49 fərqli sahədə 1 milyon 600 min istirakçının müraciət etdiyi yarışmada sonda 6 min 500 finalçı yarışacaq.
Bu il 10 fərqli sahədə yeni yarışmaların davam etdiyini və Aralıq dənizinin 11 şəhərində də yarışların olacağını bildirən Bayraktar, TEKNOFEST Aralıq dənizinin 2-6 oktyabr tarixlərində Adanada keçiriləcəyini xatırladıb.


TEKNOFEST-in hədəfi yeni gənc nəsillərin yetişdirilməsidir - Selçuk Bayraktar
Məqalədə: #Türkiyə #Selçuk Bayraktar #TEKNOFEST 2024

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
Tramp seçici siyahılarının yoxlanılması ilə bağlı Ali Məhkəməyə üz tutub
20:18
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
Misir və Fransa İsgəndəriyyə limanında dənizçilik əməkdaşlığını müzakirə edib
20:11
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
Nauru Respublikasının Qüdsdə səfirlik açması beynəlxalq hüququ pozur - İordaniya
20:07
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
Qətər büdcəsində kəsir artır: İkinci rübdə 21,2 milyard riyallıq mənfi saldo
20:06
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
Qətər Böyük Britaniyanın İsrail yaşayış məntəqələrinə qarşı qərarını alqışlayıb
20:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.