11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev

9 Sentyabr 2024 15:37
Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev

Bakı, AzerVoice

Prezident İlham Əliyev 2024-cü ildə İtaliyaya işgüzar səfəri çərçivəsində bir sıra vacib görüşlər keçirdi. Prezident İlham Əliyev İtaliyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşlər keçirərək, iki ölkə arasında strateji əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi məsələlərini müzakirə etdi.

Bunu AzerVoice-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq qeyd edib ki, görüşlər zamanı enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və investisiya imkanları kimi mühüm məsələlər diqqət mərkəzində olmuşdur. Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olması, iki ölkə arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi.

"İtaliyanın Çernobbio şəhərində keçirilən “The European House – Ambrosetti” beynəlxalq forumda əsas qonaq qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxış edərək, ölkəmizin qlobal siyasi və iqtisadi arenada artan rolunu nümayiş etdirdi", - o əlavə edib.

A.Qarayev bildirib ki, Prezidentin bu çıxışı Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi böyük töhfələr, eyni zamanda, Cənubi Qafqaz regionunda sülh və sabitlik prosesindəki aparıcı mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin bir nümunəsi kimi qəbul edilməlidir:

“ Prezident İlham Əliyev həmçinin Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini, xüsusilə enerji təchizatı sahəsində əməkdaşlığın vacibliyini vurğuladı.

Forumda İtaliya prezidenti Sercio Mattarella, baş nazir Ciorcia Meloni, Ukrayna prezidenti Volodimir Zelenski və Macarıstanın baş naziri Viktor Orban kimi tanınmış liderlər də çıxışlar etmiş və qlobal çağırışların müzakirəsinə qatılmışdır. Forumda həmçinin ABŞ-dan senatorlar və digər nüfuzlu şəxslər də iştirak etdilər.

Bu nüfuzlu tədbir, Avropa və dünya ölkələrinin liderləri, biznes təmsilçiləri və siyasi xadimlərin görüş yeri olmaqla, beynəlxalq əməkdaşlıq və dialoq üçün vacib bir platforma təqdim edir. Forumun işində Azərbaycanın iştirakı ölkəmizin beynəlxalq əlaqələrini daha da gücləndirərək, qlobal və regional məsələlərdəki mövqeyini təsdiqləmiş oldu”.

Politoloq əlavə edib ki, forumun təşkilatçısı olan “The European House – Ambrosetti” beyin mərkəzi, İtaliyanın idarəetmə və məsləhət xidmətləri sahəsində nüfuzlu bir qurum olaraq, Avropa və İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin genişlənməsinə mühüm dəstək verir:

“Belə tədbirlər Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi və qlobal arenada strateji tərəfdaşlıq imkanlarının inkişafına əhəmiyyətli töhfə verməkdədir”.

Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev
Məqalədə: #Azərbaycan #İtaliya #Azər Qarayev

Mövzu üzrə digər xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
ArabAZ analitika: Geosiyasi təhlillər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?

12:20
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
ArabAZ analitika: Geosiyasi təhlillər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi

09:00
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
Rəy

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu

10 Sentyabr 15:56
Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət
ArabAZ analitika: Geosiyasi təhlillər

Soyuq müharibəni qazanan əfqan - Əhməd Şah Məsudun 25 il əvvəlki qətli və əldən çıxan tarixi fürsət

10 Sentyabr 09:00

Son Xəbərlər

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
Qətər və Avstriya Hörmüz boğazında vəziyyəti müzakirə edib
18:08
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
Qətər Körfəzdə ortaq turizm paketləri təklif edir
17:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.