7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin uğurudur - Sevil Mikayılova

10 Oktyabr 2024 12:37
Laçının 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin uğurudur - Sevil Mikayılova

Bakı, AzerVoice

MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürurverici hadisədir və Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfərinin daha bir təzahürü, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin göstəricisidir.

Bunu AzerVoice-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat bildirib ki, bu bir daha göstərir ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul edilir və regionun siyasi gündəliyi ölkəmizin iradəsi ilə müəyyən edilir.

“Laçın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında böyük dağıntılara məruz qalıb və demək olar ki, tamamilə dağıdılmışdı. Azərbaycan Laçını işğaldan azad etdikdən sonra dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı, Laçına həyat yenidən qayıtdı. Bu gün Laçın bərpa olunub, Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilib və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan xalqı, xüsusilə də laçınlılar tərəfindən böyük minnətdarlıqla qarşılanır”, - deyə S.Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan bütün nailiyyətlərə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş, milli maraqlara söykənən siyasəti sayəsində nail olub.

Deputat vurğulayıb ki, digər önəmli bir hadisə isə, növbəti il Azərbaycanda III MDB Oyunlarının keçirilməsi ilə bağlı qərarın verilməsi ilə bağlıdır.

“Azərbaycan həm də dünyada bir idman ölkəsi olaraq nüfuz qazanıb, böyük beynəlxalq idman yarışlarına ev sahibliyi edir. III MDB Oyunlarının keçirilməsi Azərbaycanın idman sahəsində növbəti uğuru və idmanın inkişafına beynəlxalq müstəvidə növbəti mühüm töhfəsi olacaq. Bu eyni zamanda beynəlxalq aləmdə Azərbaycana olan böyük etimadın daha bir nümunəsidir”, - deyə deputat əlavə edib.

Məqalədə: #Sevil Mİkayılova

Mövzu üzrə digər xəbərlər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir
Siyasət

Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

27 Avqust 07:39
İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
Yəməndə toqquşmalar nəticəsində ölənlərin sayı 300-ü ötüb
09:30
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
09:21
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
Liviyada neft obyektlərinə dron hücumları ilə bağlı 5 nəfər saxlanılıb
09:15
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.