5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir - Sevil Mikayılova

17 Aprel 2025 17:44
Enerji və nəqliyyat sahələrindəki nəhəng infrastruktur layihələri yalnız Azərbaycan və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir - Sevil Mikayılova

BAKI,AzerVoice

Azərbaycan və Gürcüstan arasındakı tarixi və mədəni əlaqələr əsrlər boyu xalqlarımızı bir-birinə bağlamış, iki ölkəni strateji tərəfdaşlığa doğru aparıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət və mehriban qonşuluq prinsipləri iki ölkə arasında əlaqələrin müxtəlif sferalarda sürətli inkişafına əsas yön verən amildir. Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatlar da ikitərəfli inkişaf səviyyəsini bir daha göstərir.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, müasir dövrdə bu münasibətlər regionun iqtisadi, nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən, beynəlxalq əməkdaşlıq üçün nümunə göstərilən dinamik inkişaf mərhələsindədir:

"Xalqlarımız qonşuluq və ortaq tarix sayəsində sülh, mehribanlıq və qardaşlıq ənənələrini qoruyub saxlayır. Bu ənənələr müasir zamanda da siyasət və cəmiyyətlərarası münasibətlərə mühüm təsir göstərir, hökumətlər səviyyəsində yüksək etimada əsaslanan dialoqun formalaşmasına təkan verir".

Deputat bildirib ki, Prezident İlham Əliyevin və Prezident Mixeil Kavelaşvilinin qarşılıqlı rəsmi və işgüzar səfərləri siyasi dialoqu gücləndirir:

“Xarici işlər nazirlərinin və hökumətlərarası komissiyaların fəaliyyəti ikitərəfli gündəmin müxtəlif sahələr üzrə davamlı müzakirəsinə şərait yaradır. Hər iki ölkə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əmin‑amanlığın təmin edilməsində fəal iştirak edir”.

İki ölkənin enerji sahəsindəki əməkdaşlığına toxunan deputat Sevil Mikayılova bildirib ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi (Şahdəniz–TANAP–TAP) Avropanın enerji təhlükəsizliyinə strateji töhfədir:

“Azərbaycandan Gürcüstan vasitəsilə 12 ölkəyə ixrac olunan təbii qaz regionun enerji xəritəsini zənginləşdirir. Bu layihələr yalnız iki ölkənin deyil, bütün Avrasiya regionunun enerji asılılığının diversifikasiyasına xidmət edir.

Bakı–Tbilisi–Qars dəmiryolu Şərq–Qərb arasında ən effektiv və qısa marşrutlardan biridir. Yeni inşa edilmiş dəmir yolu şəbəkəsi və liman infrastrukturu “Orta Dəhliz” layihəsinin ayrılmaz hissəsinə çevrilərək yük axınını artırır və logistika xərclərini azaldır. İldən‑ilə tranzit həcmlərinin genişləndirilməsi üçün birgə layihələr icra olunur”.

S.Mikayılova sonda əlavə edib ki, ikitərəfli münasibətlərimizin dinamik inkişafı siyasi etimad, iqtisadi tərəfdaşlıq və ortaq region strategiyası üzərində qurulub.

“Enerji və nəqliyyat sahələrində reallaşan nəhəng infrastruktur layihələri yalnız Azərbaycanın və Gürcüstanın deyil, bütöv Avrasiya məkanının rifahına xidmət edir. Gələcəkdə də bu yüksələn xətt davam edəcək, əməkdaşlığımız yeni səviyyələrə qalxacaqdır” - deputat qeyd edib.

Məqalədə: #Azərbaycan #Sevil Mikayılova #Gürcüstan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.