8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Terrorsuz Türkiyə üçün gənclərə güvənirik- Kalın

19 May 2025 12:30
Terrorsuz Türkiyə üçün gənclərə güvənirik- Kalın

BAKI, AzerVoice

"Türkiyə Əsri gənclərin çiyinlərində yüksələcək."

AzerVoice xəbər verir ki, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) direktoru İbrahim Kalın 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə yayımladığı mesajda gənclərə xitab edib.

O, "Terrorsuz Türkiyə" hədəfi ilə gənclərə sülh, əmin-amanlıq və qardaşlıq içində bir ölkə buraxmaq istədiklərini bildirib.

Kalın vurğulayıb ki, Gazi Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsuna enərək başlatdığı mübarizə türk millətinin birlik və qurtuluş ruhunu əks etdirir. Bu ruhun bu gün də gənclərin iman, əxlaq, bilik və cəsarəti ilə yaşadığını qeyd edib.

“Millətimizin gələcəyini formalaşdıracaq Türkiyə Əsri sizin çiyinlərinizdə yüksələcək, xəyallarınızla gerçəkləşəcək. 19 May ruhu ilə birlikdə yeni bir dünya quracağıq,” – deyə Kalın mesajında bildirib.

Qeyd edək ki, 19 May Türkiyədə həm Atatürkü anma, həm də gəncliyin və idmanın bayramı kimi qeyd olunur. Kalın mesajında Atatürk və silahdaşlarını, eləcə də bütün şəhid və qaziləri ehtiramla andığını, gəncləri və milləti bayram münasibətilə təbrik etdiyini də bildirib.

Məqalədə: #Türkiyə #Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) #Atatürk #İbrahim Kalın #19 May Atatürkü Anma

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.