5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Rəy
Rəy

İran uranı istifadə etmək hüququndan imtina etməyəcək - Araqçi

25 May 2025 20:06
İran uranı istifadə etmək hüququndan imtina etməyəcək - Araqçi

BAKI, AzerVoice

İran ABŞ ilə danışıqları təmkinlə aparır və urandan sülhməramlı məqsədlərlə istifadə hüququndan imtina etməyi düşünmür.

AzerVoice xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi bildirib.

O həmçinin qeyd edib ki, Tehran və Vaşinqton arasında nüvə danışıqlarının növbəti mərhələsinin keçiriləcəyi vaxt və yer ilə bağlı hələlik heç bir dəqiqlik yoxdur.

Xatırladaq ki, mayın 23-də İran və ABŞ rəsmiləri İtaliyanın paytaxtı Romada nüvə proqramı üzrə danışıqların beşinci raundunu aparıblar. Danışıqlarda vasitəçi qismində çıxış edən Oman xarici işlər naziri Bədr əl-Busaidi, tərəflər arasında müəyyən, lakin yekunlaşmamış irəliləyiş əldə edildiyini bildirib. Araqçi isə qeyd edib ki, hələ bir-iki görüşlə pozitiv nəticəyə nail olunacağına ümid edirlər.

Qeyd edək ki, danışıqlar prosesi aprelin 12-dən bəri davam edir və uranda zənginləşdirmə məsələsində yaranan fikir ayrılıqları səbəbilə zaman-zaman pozulma təhlükəsi ilə üzləşib. ABŞ tərəfi İranın uranı zənginləşdirmədən tamamilə imtina etməsində israrlıdır. Tehran isə bildirir ki, ölkənin nüvə proqramı yalnız sülh məqsədlidir.

Xatırladaq ki, ABŞ 2015-ci il İran nüvə sazişindən çıxdıqdan sonra, İran bu sazişdə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməkdən imtina edib və uranın zənginləşdirmə səviyyəsini 60 faizə qədər artırıb. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, hazırda İranda uranın zənginləşdirmə səviyyəsi nüvə silahı istehsalı üçün tələb olunan həddə yaxınlaşmaqdadır.

Məqalədə: #İran #ABŞ #İranın nüvə proqramı #danışıqlar #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23

Son Xəbərlər

BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
13:33
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.