9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Fələstin dövlətini tanıma qərarı HƏMAS-ı deyil, sülhü dəstəkləyir - Fransa

Fransanın xarici işlər naziri Jan-Noel Baro bildirib ki, Parisin Fələstin dövlətini tanıması HƏMAS-ın mövqeyinə qarşı bir mesajdır və iki dövlətli həllə dəstəyi ifadə edir. Makron bu addımı BMT-də rəsmi elan edəcək.

25 İyul 2025 16:27
Fələstin dövlətini tanıma qərarı HƏMAS-ı deyil, sülhü dəstəkləyir - Fransa

BAKI, AzerVoice

Fransanın xarici işlər naziri Jan-Noel Baro cümə günü bildirib ki, Parisin Fələstin dövlətini tanıma qərarı HƏMAS-ın mövqeyinə qarşı verilmiş aydın bir mesajdır və bu addım iki dövlətli həllə sadiqliyin göstəricisidir.

AzerVoice xəbər verir ki, Baro bu barədə Xisrai sosial platformasında yazıb.

“HƏMAS iki dövlətli həlli hər zaman rədd edib. Fransa Fələstini tanımaqla bu terror təşkilatının səhv yolda olduğunu bildirir və sülh düşərgəsinin haqlı olduğunu vurğulayır.”

Fransa Prezidenti Emmanuel Makron cümə axşamı elan edib ki, ölkəsi sentyabr ayında BMT-nin Baş Assambleyasında Fələstin dövlətini rəsmi olaraq tanıyacaq.

“Yaxın Şərqdə ədalətli və davamlı sülhə nail olmaq üçün tarixi öhdəliyimizə sadiq qalaraq, Fələstini tanımaq qərarına gəldim”- deyə Makron bildirib.

Əgər bu addım atılarsa, Fransa Fələstin dövlətini tanıyan ilk əsas Qərb dövləti olacaq.

Netanyahudan sərt reaksiya: “Bu, terrorçuluğa mükafatdır”

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa qərarına sərt reaksiya verib. O, bu addımı “terrorçuluğun mükafatlandırılması” və İsrailin varlığına “egzistensial təhdid” kimi qiymətləndirib. Netanyahu bildirib:

“Fələstinlilər İsrailin yanında yox, yerində bir dövlət istəyirlər.”

Netanyahu həmçinin əlavə edib ki, bu tanıma qərarı Qəzza kimi “İranın yeni agentlərinin” formalaşmasına yol aça bilər və bu da İsrailə qarşı təhdid yarada bilər.

HƏMAS: “Addım müsbətdir və tanınma davam etməlidir”

HƏMAS isə Makronun açıqlamasını alqışlayaraq, onu “Fələstin xalqının haqlarının tanınması və öz müqəddəratını təyinetmə hüququna dəstək” kimi qiymətləndirib. Hərəkat, xüsusilə Avropa ölkələrinə, Fransanın ardınca gedərək Fələstini tam şəkildə tanımağa çağırıb.

Bu arada “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Britaniya hökumətində bir neçə nazir Baş nazir Keir Starmerə təzyiq göstərərək, onun da rəsmi tanıma qərarı verməsini istəyirlər.

Məqalədə: #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #BMT #Fransa #HƏMAS #Emmanuel Makron #Paris #Fransa Xarici İşlər Nazirliyi #İsrail və Fələstin münaqişəsi 2025 #İsrail-Fələstin münaqişəsi #Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot #BMT Baş Assambleyası

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.