8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir

23 Avqust 2025 13:42
Azərbaycan–Türkmənistan–Özbəkistan: Regional inteqrasiyada yeni başlanğıc

BAKI,AzerVoice

Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən görüş region üçün mühüm strateji əhəmiyyət kəsb edir.

Bunu AzerVoice-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

S. Mikayılova qeyd edib ki, bu üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi yalnız üçtərəfli münasibətlərin deyil, həm də bütövlükdə Orta Asiya və Cənubi Qafqaz regionlarının gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından vacib hadisədir:

"Bu görüşün önəmi bir neçə aspektdə özünü göstərir. İlk növbədə, Azərbaycan, Türkmənistan və Özbəkistan coğrafi baxımdan Şərq ilə Qərbi, həmçinin Şimal ilə Cənubu birləşdirən vacib körpü funksiyasını yerinə yetirən ölkələrdir. Bu isə onları regional nəqliyyat-logistika, enerji və ticarət əlaqələrinin inkişafında əsas aktorlara çevirir".

S. Mikayılova əlavə edib ki, Azərbaycan və Türkmənistan xalqları arasında əlaqələrə nəzər salsaq görərik ki, qədimdən bu günə qədər Orta Asiya və Qafqaz regionunda yerləşən türkdilli qardaş xalqlardır.

“Hər iki xalqın mədəniyyətində türklüyün ortaq elementləri, dini inanclar və adət-ənənələr dərin köklərə malikdir. Azərbaycan və Türkmənistan müstəqillik qazandıqdan sonra qarşılıqlı hörmət və dostluq ruhunda siyasi münasibətlər qurublar. İki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir və bu, xüsusilə Xəzər dənizi məsələlərində, enerji resurslarının bölüşdürülməsi və regional təhlükəsizlik sahəsində özünü göstərir. Son illərdə, xüsusilə Xəzər dənizində yerləşən enerji yataqları üzrə əldə edilən razılaşmalar iki ölkənin əməkdaşlığını daha da möhkəmləndirib. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı qərarlar iki ölkə arasındakı qarşılıqlı etimadın göstəricisidir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında bir neçə sənədin imzalanması dövlətlərarası əlaqələrin daha da genişlənməsinə səbəb olacaq:

"İmzalanan sənədlərdən biri ölkəmizlə Türkmənistan arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı barədə imzalanmış Anlaşma Memorandumudur. Bu sənəd iki ölkənin hava nəqliyyatı sahəsində əməkdaşlığının genişləndirilməsinə yönəlib. Bunun beynəlxalq hava marşrutlarının yaradılması, sərnişin və yük daşımalarının artırılması, həmçinin qarşılıqlı turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verməsi gözlənilir. Rəqəmlərə nəzər salsaq görərik ki, bu ilin altı ayında Türkmənistandan Azərbaycana səfər edən turistlərin sayı artıb. Bu anlaşmadan sonra Türkmənistandan ölkəmizə gələn turistlərin sayının daha da artacağı gözlənilir".

S. Mikayılova vurğulayıb ki, Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanması da böyük əhəmiyyət daşıyır.

"Bu sənəd iki şəhər arasında qarşılıqlı dostluq, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Qardaşlaşma əlaqələri çərçivəsində tərəflər təcrübə mübadiləsi, birgə layihələrin təşkili, turizm və təhsil sahəsində əməkdaşlıq, həmçinin sosial və mədəni tədbirlərin keçirilməsi üzrə fəaliyyət göstərəcək. Bu addım Azərbaycan-Türkmənistan qardaşlığının daha da möhkəmlənməsinə və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edir. Füzuli şəhərinin yenidən qurulması və inkişafı prosesində Arxadağ şəhəri ilə əməkdaşlıq əlaqələrinin qurulması, bölgədə sülh və sabitliyin bərqərar olması baxımından xüsusi önəm daşıyır. Türkmənistanın hədiyyə olaraq Füzulidə məscid tikməsi isə ölkəmizə olan dəstəyin bariz nümunəsidir", - o əlavə edib.

Deputat bildirib ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə də Anlaşma Memorandumu imzalanıb:

"Bu sənəd üç ölkə arasında nəqliyyat infrastrukturlarının əlaqələndirilməsi, yük və sərnişin daşımalarının asanlaşdırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi və regional nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığı nəzərdə tutur. Memorandum, həmçinin Orta Asiya və Qafqaz regionlarında iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm platforma yaradır. Tərəflər sənəd çərçivəsində qarşılıqlı təcrübə mübadiləsi, texniki dəstək və investisiya imkanlarının artırılması istiqamətində də fəaliyyət göstərəcəklər. Bu əməkdaşlıq “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri kimi strateji layihələrin inkişafına da təkan verəcək".

Deputat qeyd edib ki, görüş zamanı imzalanan bir neçə sənəd ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə, xüsusilə nəqliyyat, enerji, ticarət və iqtisadiyyat sahələrində daha da genişlənməsinə zəmin yaradır.

"Bu sənədlər regional inteqrasiyanın dərinləşdirilməsi, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, birgə investisiya layihələrinin təşviqi və enerji resurslarının səmərəli idarə olunması kimi mühüm istiqamətləri əhatə edir.

Türkmənbaşı görüşü Azərbaycan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı anlaşma və strateji əməkdaşlığın möhkəmlənməsi üçün yeni imkanlar açdı. İmzalanan sənədlər və razılaşmalar üç ölkənin regional inteqrasiya, iqtisadi inkişaf və enerji təhlükəsizliyi istiqamətində mühüm addımlar atmasına şərait yaradır. Bu da öz növbəsində bölgədə sülh, sabitlik və rifahın təmin olunmasına öz töhfəsini verəcək," - deyə S. Mikayılova fikirini tamamlayıb.

Məqalədə: #Sevil Mikayılova

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48

Son Xəbərlər

İthra dizayn hakatonuna qeydiyyat başlayıb
İthra dizayn hakatonuna qeydiyyat başlayıb
16:08
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
Yəməndə yenidən başlayan döyüşlər nəticəsində 20 minə yaxın insan evlərini tərk etməyə məcbur olub
15:59
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
Dubayda dermatologiya və lazer üzrə beynəlxalq sərginin 25-ci buraxılışı başlayıb
15:52
Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
Səudiyyə Ərəbistanı husilərin hücumlarına qarşı özünü müdafiə edəcəyini bildirib
15:37
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
15:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.