9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi Rəy
Rəy

Müasir dini təhsil modeli mənəvi dəyərlərlə qlobal çağırışlar arasında balans yaratmalıdır - Ramin Məmmədov

Ramin Məmmədov müasir dövrdə dini təhsilin roluna və qarşıda duran çağırışlara diqqət çəkib.

22 Oktyabr 2025 11:19
Müasir dini təhsil modeli mənəvi dəyərlərlə qlobal çağırışlar arasında balans yaratmalıdır - Ramin Məmmədov

BAKI, AzerVoice, Nailə Babazadə

Bu gün “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda keçirilən beynəlxalq simpoziumun açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müasir dövrdə dini təhsilin roluna və qarşıda duran çağırışlara diqqət çəkib.

AzerVoice xəbər verir ki, Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti Azərbaycanı beynəlxalq dialoq və əməkdaşlıq məkanına çevirib. Onun sözlərinə görə, ölkədəki dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır: “Klassik İslam ənənələri və müasir pedaqoji yanaşmalar əsasında formalaşan modelin təkmilləşdirilməsi bizim əsas hədəflərimizdəndir.”

Komitə sədri qeyd edib ki, simpoziumun müzakirə mövzuları yalnız elmi deyil, eyni zamanda strateji əhəmiyyət daşıyır. Qloballaşma, elmi-texnoloji inkişaf və informasiya axınının artdığı bir dövrdə din təhsilinin yeni modellərinin formalaşdırılması zərurəti yaranır.

O vurğulayıb ki, müasir dini təhsil modeli mənəvi dəyərlərin qorunmasını, dini radikalizmdən uzaq durmağı, tolerantlıq və multikulturalizm ənənələrinin təşviqini və gənclərin çağırışlara uyğun yetişdirilməsini təmin etməlidir.

“Din təhsili nə konservativ şəkildə keçmişə qapanmalı, nə də mənəvi dəyərləri inkar edərək kor-koranə modernliyə tabe olmalıdır. Bizə ənənələrlə çağırışlar arasında qızıl orta xətt üzərində qurulmuş yeni bir model lazımdır.” - deyə Məmmədov qeyd edib.

Məmmədovun fikrincə, din təhsili bu gün artıq təkcə bilik ötürmək vasitəsi deyil, həm də sülh, dialoq və sosial inteqrasiya üçün effektiv platformaya çevrilib.

Komitə sədri həmçinin sual edir: bəlkə də ümumi model axtarışındansa, hər bir xalqın öz dini təhsil modelini formalaşdırması daha məqsədəuyğundur?

Onun sözlərinə görə, simpoziumda müzakirə ediləcək əsas məsələlərdən biri də məhz bu sualın cavabıdır.

Sonda Ramin Məmmədov tədbirin təşkilinə töhfə verən hər kəsə təşəkkür edib, simpoziumun işinə uğurlar arzulayıb.

Qeyd edək ki, Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə iki gün davam edəcək “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium başlayıb.

Simpoziumun təşkilində məqsəd Azərbaycan və dünyada din təhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərin təhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.

Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional və hüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq və multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi anlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsili məsələləri, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Prezident İlham Əliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuş məruzələr dinləniləcək.

Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakı nəzərdə tutulur.

Məqalədə: #Azərbaycan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycan İlahiyyat İnstitutu #Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) #Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) #Ramin Məmmədov #Mənəvi Dəyərlərin Təbliği Fondu

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.