Bakı. AzerVoice:
İranın cənub sahillərində sərnişinləri daşıyan qayıq desant gəmisi ilə toqquşaraq batıb.
AzerVoice-un məlumatına görə, pis hava şəraiti ilə bağlı xəbərdarlıqlara məhəl qoymadan Hörmüz boğazı yaxınlığındakı Hörmüz adasından üzən qayıq desant gəmisi ilə toqquşub.
Bildirilib ki, toqquşma nəticəsində batan qayıqda olan 11 sərnişin vaxtında əraziyə çatan qruplar tərəfindən xilas edilib.
Aytac Süleymanova
Twitter: a_alieva_