7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Prezident Ərdoğan hörmət etdiyim bir şəxsdir - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib.

8 Yanvar 2025 13:59
Prezident Ərdoğan hörmət etdiyim bir şəxsdir - Tramp

Bakı, AzerVoice

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib.

AzerVoice xəbər verir ki, Tramp bu barədə Floridadakı Mar-a-Laqo şəhərciyində keçirdiyi mətbuat konfransında xarici siyasət gündəmi barədə danışarkən bildirib.

Tramp bildirib ki, Ərdoğanla münasibətləri qarşılıqlı hörmətə əsaslanır.

Suriyadakı Amerika əsgərlərinin geri çəkilməsi ilə bağlı suala cavab verən Tramp, bu mövzunun Türkiyə ilə sıx bağlı olduğunu vurğulayıb.

Türkiyənin Suriyada əhəmiyyətli bir aktor olduğunu və bu bölgədə Rusiya və İranın zəiflədiyini qeyd edən Tramp, bu mövzuda Ərdoğanın bölgədəki proseslərə təsirini yüksək qiymətləndirib.

Tramp əvvəlki prezidentlik dövründə Suriyada İŞİD-i məğlub etdiyini və yeni müharibələrdən qaçındığını da xatırladıb.

O, Suriyadakı Amerika əsgərlərinin təhlükə ilə üzləşdiyi bir vəziyyətdə hansı addımı atmalı olduğunu bir generaldan soruşduğunu bildirərkən, “General mənə baxdı və dedi: ‘Yaxşı olmaz, cənab.’ Mən də əsgərləri oradan çıxartdım. Bunun nəticəsində 5 min insanın həyatını xilas etdim. Ancaq məni buna görə tənqid etdilər.” - deyə qeyd edib.

Tramp mətbuat konfransında müharibələrə girməmək və əsgərlərin həyatını qorumağın onun əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Donald Tramp

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.