8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Avropa İttifaqı Suriyaya qarşı olan sanksiyaları nisbətən yumşaldır

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı illərdir tətbiq etdiyi sərt sanksiyaların bəzi sahələrdə yumşaldılması barədə qərar qəbul edib.

28 Yanvar 2025 10:34
Avropa İttifaqı Suriyaya qarşı olan sanksiyaları nisbətən yumşaldır

Bakı, AzerVoice

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı illərdir tətbiq etdiyi sərt sanksiyaların bəzi sahələrdə yumşaldılması barədə qərar qəbul edib.

AzerVoice xəbər verir ki, Brüsseldə toplanan Aİ-nin xarici işlər nazirləri, enerji, maliyyə və aviasiya sektorlarında məhdudiyyətlərin azaldılmasını nəzərdə tutan yol xəritəsini təsdiqləyiblər.

Aİ, 2011-ci ildə Suriya və Əsəd rejiminə qarşı ağır sanksiyalar tətbiq etmişdi. Yeni qərar, bu sanksiyaların müəyyən sahələrdə rahatlaşdırılması üçün atılan ilk addım hesab olunur. Yol xəritəsinə əsasən, texniki araşdırmalar aparılacaq və bu prosesin tamamlanmasından sonra dəyişikliklər qüvvəyə minəcək.

Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, “Biz Suriyada vəziyyətin yaxşılaşması üçün sürətlə hərəkət etmək istəyirik, lakin vəziyyət pisləşərsə, bu qərarı dəyişməyə də hazırıq. Bununla yanaşı, humanitar yardım və bərpa işlərini də artırmağa sadiqik.” -deyə bildirib.

Bununla belə, Aİ Suriyaya qarşı tətbiq etdiyi bəzi sərt sanksiyaları qüvvədə saxlayacaq. Bunlara silah embarqosu, Əsəd rejimi ilə əlaqəli şəxslərə və qurumlara qarşı maliyyə məhdudiyyətləri daxildir.

Məqalədə: #Avropa İttifaqı (Aİ) #Suriya

Mövzu üzrə digər xəbərlər

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Suriya

Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT

7 Sentyabr 22:04
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir

7 Sentyabr 14:14
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19

Son Xəbərlər

Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.