5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Doha danışıqlarının ikinci mərhələsi başlayır

12 Mart 2025 15:41
Doha danışıqlarının ikinci mərhələsi başlayır

BAKI, AzerVoice

HƏMAS-ın sözçüsü Qəzzada atəşkəs danışıqlarının yeni mərhələsinin bu gün başladığını bildirib.

AzerVoice xəbər verir ki, Hərəkatın ABŞ nümayəndəsi ilə aparılan görüşlərdə “məsuliyyətli və pozitiv” davrandığını vurğulayan HƏMAS rəsmisi, prosesin konkret irəliləyişlə nəticələnəcəyinə ümid etdiklərini açıqlayıb.

HƏMAS sözçüsü Hazem Qassem qeyd edib ki, bu danışıqlar müharibənin başa çatmasına, İsrail qüvvələrinin Qəzzadan çıxmasına və əsirlərin dəyişdirilməsi sazişinin yekunlaşmasına şərait yarada bilər.

Digər HƏMAS sözçüsü Abdellatif əl-Qanu isə İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edib. Onun sözlərinə görə, bu addımlar beynəlxalq ictimaiyyətin və vasitəçilərin sülhə nail olmaq səylərinə ziddir.

HƏMAS danışıqlar prosesində çeviklik nümayiş etdirdiyini vurğulayaraq, Doha danışıqlarının ikinci mərhələsində müharibəyə son qoymaq və humanitar yardımları bərpa etmək üçün yeni addımlar gözlədiklərini bildirib.

Xatırladaq ki, atəşkəs razılaşmasının ilk mərhələsində 33 girov İsrailə qaytarılmış, İsrail həbsxanalarından isə 1800 fələstinli məhbus azad edilmişdi.

Bu inkişaf fonunda ərəb ölkələri İsrailin Qəzzaya elektrik enerjisini kəsməsini pisləyib. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Küveyt beynəlxalq ictimaiyyəti İsrailin humanitar hüquq pozuntularına qarşı tədbir görməyə çağırıb.

İsrailin bu qərarı Qəzzadakı 600 mindən çox insanın istifadə etdiyi əsas duzsuzlaşdırma qurğusunun fəaliyyətini dayandırıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) bunun ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti Qəzzaya elektrik enerjisinin bərpası və humanitar yardımların qeyd-şərtsiz təmin olunması üçün təcili tədbirlər görməyə çağırıb.

Hazırda bəzi Qəzza sakinləri günəş panelləri və generatorlardan istifadə edərək elektrik enerjisi istehsal etməyə çalışır. İsrail müharibənin əvvəlində Qəzzaya enerji verilişini tamamilə dayandırmış, yalnız 2024-cü ilin martında qismən bərpa etmişdi.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #HƏMAS #Doha #atəşkəs razılaşması

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.