5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İran İslam İnqilabı Keşikçiləri Korpusu sanksiya siyahısına salınmalıdır - Almaniya

5 İyul 2024 18:04
İran İslam İnqilabı Keşikçiləri Korpusu sanksiya siyahısına salınmalıdır - Almaniya

Bakı, VOA

Almaniya hökumətinin Avropa İttifaqında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) qarşı terror sanksiyaları tətbiq edilməsi üçün rəsmi proses başlatdığı iddia edilir.

VOA xəbər verir ki, Süddeutsche Zeitung qəzetinin xəbərində Almaniya Xarici İşlər Nazirliyinin digər Avropa İttifaqına üzv ölkələrin dəstəyi ilə İİKK-nın sanksiya siyahısına salınması üçün müraciət etdiyi iddia edilib.

Xəbərdə xarici işlər naziri Annalena Baerbokun may ayında Aİ Xarici İşlər Nazirləri Toplantısında məsələni gündəmə gətirdiyi və Aİ-nin hüquq bölməsindən rəy istədiyi bildirilir. Aİ-nin hüquq ekspertlərinin isə “Almaniyanın müraciəti yüksək hüquqi tələblərə cavab verən bir təməl təşkil edir” dediyi iddia edilir.

Xəbərdə həmçinin, Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell-in uzun müddətdir ki, hüquqi problemləri əsas gətirərək İrana qarşı terror sanksiyalarının tətbiqinə qarşı çıxdığı iddia edilib.

Xəbərdə Aİ-yə üzv ölkələrin mümkün sanksiya tədbirlərini yekdilliklə qəbul etmələri lazım olduğuna diqqət çəkilərək, Brüsseldə yekdilliyin əldə olunub-olunmayacağının dəqiq bilinmədiyi, ancaq məsələnin Aİ Şurasında müvafiq işçi qruplarında müzakirəyə yeni başladığı iddia edilib.

Qeyd edək ki, aprelin sonunda Avropa Parlamenti İran İnqilabı Keşikçiləri Korpusunu terrorçular siyahısına daxil etməyə çağırmışdı.

İran İslam İnqilabı Keşikçiləri Korpusu sanksiya siyahısına salınmalıdır - Almaniya
Məqalədə: #Almaniya #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK)

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31
ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran
İran

ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

31 Avqust 12:14

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.