8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir

9 İyul 2024 13:02
Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir

Bakı, AzerVoice

Sudan Silahlı Qüvvələri (SAF) ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında vətəndaş müharibəsi bir ildən çoxdur ki, davam edir. 11 milyondan çox insanın ölkə daxilində və xaricində müxtəlif məntəqələrə köçmək məcburiyyətində qaldığı Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insanın təcili humanitar yardıma ehtiyacı var.

Birləşmiş Millətlər Təşkilatının (BMT) paylaşdığı son hesabatlara görə, 7,3 milyonu ölkə daxilində olmaqla 11 milyondan çox insan köçkün vəziyyətinə düşüb. Rəsmi məlumatlara görə, münaqişələr nəticəsində indiyədək 15500-dən çox dinc sakin həyatını itirib, 30 mindən çox insan isə yaralanıb. Lakin əldə edilən məlumatlar göstərir ki, ölənlərin sayı xeyli çoxdur.

Ölkədə humanitar yardıma ehtiyacı olan insanların sayı 25 milyonu ötüb, onlardan 14 milyonu uşaqdır. Səhiyyə sistemi demək olar ki, tamamilə çökdüyü üçün Sudanda vəba halları sürətlə artır. Təxminən 18 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşir. Ölkədəki təhlükəsizlik problemləri, talan hadisələri, yanacaq qıtlığı, bürokratik əngəllər və şəbəkə problemləri humanitar yardımların gəlişinə əsas maneələr kimi önə çıxır.

Vətəndaş müharibəsi ilə əlaqədar ölkədə təhsil sistemi çox pis vəziyyətə düşüb. Sudanda 19 milyondan çox uşaq təhsilini davam etdirə bilmir. Bu rəqəm ölkədə hər üç uşaqdan birinin təhsil ala bilməməsi deməkdir. Müharibə belə davam edərsə, yaxın aylarda heç bir uşağın məktəbə gedə bilməyəcəyi qorxusu var.

Vətəndaş müharibəsinin ilk günlərindən humanitar yardım səylərini davam etdirən Türkiyənin Humanitar yardım fondu (İHH) bu günə qədər 800 min sudanlıya birbaşa dəstək göstərib.

Vətəndaş müharibəsinin başladığı 2023-cü il aprelin 15-dən Fondun payladığı yardım ləvazimatları aşağıdakı kimidir: “10 min 977 ərzaq bağlaması, 183 min 935 kq ət, 12 min 91 isti yemək, 500 min litr su , 26 min 522 1.000.000.751 ədəd geyim, 24.751 adyal, 82.518 gigiyena yastığı, 98.290 kq un, 24.878 litr yağ, 33.465 xəstə və uşaq bezləri, 16 min 165 ədəd ayaqqabı, 73 784 bağlama qabyuyan yuyucu vasitə, 472 min 494 bağlama makaron, 5 min 760 konserv tomat pastası, 2 min 400 kq noxud, 20 min kq şəkər, 1190 ayaqqabı, 2 əlil arabası, 8 uşaq arabası, 505 nəfərə pul yardımı və 1210 dərman preparatı.

İHH fondunun rəsmi internet səhifəsi vasitəsiylə yardımlarınızı Sudana çatdıra bilərsiz. https://ihh.org.tr/sudan

https://youtu.be/xqNXDD1KsEk
Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir Sudanda 14 milyonu uşaq olmaqla 25 milyon insan humanitar yardım gözləyir
Məqalədə: #Sudan #İHH #humanitar yardım

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
12:00
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
BƏƏ-nin 6 ölkədə yeni səfirləri fəaliyyətə başlayıb.
11:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.