4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

İngiltərədə yeni nəsilə siqaret satışı qadağan edilir

18 İyul 2024 11:40
İngiltərədə yeni nəsilə siqaret satışı qadağan edilir

Bakı, AzerVoice

İngiltərədə 2009-cu il yanvarın 1-dən sonra doğulanlara ömürlük siqaret çəkməyi qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

AzerVoice  xəbər verir ki, bir nəsildə ən böyük ictimai sağlamlıq qanun layihəsi çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlar qanuni olaraq tütün ala bilməyəcəklər.

Həmçinin, elektron siqaretlərin satışı və reklamına da məhdudiyyətlər qoyulacaq.

İlk dəfə  İngiltərənin köhnə baş nazir Rishi Sunak tərəfindən təqdim edilən qanun layihəsi bütün partiyaların dəstəyini almışdı.

Millətvəkilləri apreldə qanun layihəsinin lehinə 67, əleyhinə isə 383  səs veriblər. Lakin qanun layihəsi parlamentdən keçməzdən əvvəl ümumi seçki təyin olunduğu üçün ləğv edildi.

Layihənin keçən ilin dekabr ayında Yeni Zelandiyada 2009-cu il yanvarın 1-dən sonra doğulanlara tütünün satışını qadağan edən tədbirə oxşar formatda olacağı gözlənilir.

Belə ki, Böyük Britaniya 2027-ci ilə qədər bu qaydaları tətbiq edərsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək.

Keçən il Mühafizəkarlar Partiyasının konfransında çıxış edən Sunak, qadağanın hazırda siqaret çəkənlərin siqaret çəkmək hüququnu əlindən almayacağını bildirmişdi.

Qanun layihəsi həmçinin elektron siqaretlərin satışı və marketingi sahəsində onların cəlbediciliyini azaltmağı da nəzərdə tutur.

Araşdırmalar göstərir ki, uşaqlar saqqız və konfet kimi dadları mentol dadından üstün tutur. Ona görə də bu cür çeşidlər də qadağan edilə bilər.

Qeyd edək ki, siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə Rishi Sunak irəli sürsə də, yeni Baş nazir Keir Starmer bunu qanuniləşdirməyə söz vermişdi.

Həmçinin, İngiltərə kralı Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq, bu  planı dəstəkləyib.

İngiltərədə yeni nəsilə siqaret satışı qadağan edilir İngiltərədə yeni nəsilə siqaret satışı qadağan edilir
Məqalədə: #İngiltərə #siqaret qadağası #Keir Starmer #Rishi Sunak

Mövzu üzrə digər xəbərlər

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi
Texnologiya

İngiltərə və Uelsdə məhkəmələrə “Meta” eynəkləri ilə giriş qadağan edildi

12 Avqust 16:33
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03
ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?
Maraqlı faktlar

ChatGPT psixoz riski yaradır - həkimlər nə deyir ?

2 Avqust 03:00
Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir
Türkiyə

Türk pilotlar Eurofighter təlimləri üçün avqustda Böyük Britaniyaya gedir

23 İyul 14:50

Son Xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
Səudiyyə Ərəbistanında istehlak xərcləri 11,5 faiz artıb
15:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.