8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tbilisidə nəzarətsiz tikililər havanın çirklənmə həddini təhlükəli həddə çatdırıb

19 İyul 2024 16:36
Tbilisidə nəzarətsiz tikililər havanın çirklənmə həddini təhlükəli həddə çatdırıb

Bakı, AzerVoice

Gürcüstan paytaxtında havanın çirklənmə səviyyəsi qorxulu həddə yaxınlaşır.

AzerVoice xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdirdiyi “Yoxsulluq və Tbilisidə havanın çirklənməsinin paylanmasının nəticələri” adlı hesabatda deyilir.

Bildirilir ki, havanın çirklənməsinin paylanma təsirini qiymətləndirmək üçün müxtəlif məlumat mənbələrindən, o cümlədən rəsmi məlumatlardan, aparılan qiymətləndirmələrdən, peyk şəkillərindən və real vaxt rejimində monitorinq nəticələrindən istifadə edilib.

Məlum olub ki, problemin əsas səbəblərindən biri Tbilisidəki nəzarətsiz tikililərdir ki, bu zaman havanın ventilyasiyası təmin olunmur. Bunun nəticəsində isə işlənmiş qazlar şəhərdə “yatır”.

Araşdırmaya görə, Tbilisidə havanın çirklənməsinə və keyfiyyətinə nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin və sənaye emissiyalarının tənzimlənməsi, eləcə də texnologiyaların təşviqi ilə hava çirkliyini azaltmaq mümkündür. Elektrikli nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək və yanacaq standartlarına ciddi riayət etmək, Gürcüstanın yaşıl keçidə hazırlıqlarının mühüm hissəsi olan nəqliyyatdan emissiyaları azalda bilər. Bundan əlavə, istixana qazı emissiyalarını tənzimləmək üçün sektoral siyasət aləti kimi karbon krediti sisteminin tətbiqi ümumi emissiyaları azaltmaqla yerli havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

“Havanın çirklənməsi ölümcül xəstəliklərə səbəb olmaqla, zərərli həyat şəraiti yaradaraq ekosistemləri pozur, yoxsulluğu və bərabərsizliyi gücləndirərək inkişafı əngəlləyir. Dünya Bankı havanın çirklənməsindən ən çox təsirlənən yoxsul və həssas əhalini qorumaq üçün Gürcüstanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir”, – deyə hesabatda vurğulanır.

Tiblisidə havanın çirklənməsi ilə bağlı ciddi vəziyyət yarandığını gürcü mütəxəssislər də təsdiqləyirlər. Akademik Simon Baramidzenin sözlərinə görə, bu baxımdan istilik qazanxanalarının tullantıları diqqəti cəlb edir ki, bu da şəhərdə çətin vəziyyət yaradır.

“Bir neçə il əvvəl xüsusilə paytaxtda hava yerdən 3 metr hündürlükdə çirklənirdisə, bu gün həmin hədd artıq 10 metrə yüksəlib və şəhərdə heç bir havalandırma yoxdur. Əvvəllər Tbilisidə külək saniyədə 6-7 metr sürətlə əsirdisə, indi 12-15 metr/saniyə sürət tələb olunur. Tam soyuma üçün Gürcüstanda hər zaman tufanlar olmalıdır.

Yayda üfüqi ventilyasiya baş vermədikdə asfalt örtüyü günəşdən qızır, paytaxtda havanın temperaturu yüksəlir. Ona görə də temperatur bu qədər yüksəkdir və təsirli tədbirlər görülməzsə, daha da yüksələcək”, – deyə Simon Baramidze vurğulayıb.

Tbilisidə nəzarətsiz tikililər havanın çirklənmə həddini təhlükəli həddə çatdırıb
Məqalədə: #Gürcüstan #Dünya Bankı #hava çirklənməsi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq
Siyasət

Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

1 Sentyabr 13:53
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb
Neft və qaz

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi açıqlanıb

17 Avqust 15:54

Son Xəbərlər

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
Əbu-Dabi hotellərində yeni dövr - Avropa ənənələri yerinə, milli ənənələr 2027-ci ildən məcburi olur
07:47
Yəmən ordusu  husilərə qarşı yeni cəbhə açdı
Yəmən ordusu husilərə qarşı yeni cəbhə açdı
07:01
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
İsraildə seçkiqabağı gərginlik- Sabiq Baş Qərargah rəisi liderlik iddiasını irəli sürdü
06:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.