8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücumla bağlı bəzi detallar açıqlandı

26 İyul 2024 17:54
Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücumla bağlı bəzi detallar açıqlandı

Bakı, AzerVoice

İyulun 26-da gecə saat 1-dən 5:30-dək Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) sürət qatarları (TGV) şəbəkəsinə qarşı beş təxribat cəhdi qeydə alınıb, onlardan yalnız birinin qarşısı alınıb. Nəticədə 800 min sərnişin qatarlarının gecikməsi və ya reyslərin ləğv edilməsi ilə üzləşib.

AzerVoice xəbər verir ki, təxribatlar planlı şəkildə və eyni vaxtda həyata keçirilib.

Hadisələr zamanı sürücülərin təhlükəsizliyi və açarların işləməsi üçün vacib olan fibre-optik kabellərin kəsilməsi, sonradan yandırılması baş verib. Yerli mətbuat bu hadisələrin ictimaiyyətə aid məkanlarda baş verdiyini qeyd edərək, bu işdə prosesi bilən şəxsin və şəxslərin əli olduğunu ehtimal edib.

Paris prokurorluğu Fransa Milli Dəmir Yolları Şirkətinin (SNCF) bütün saytlarına qəsdən ziyan vurulması ilə bağlı istintaq işi açıb. İstintaq bir neçə ittihamı, eləcə də xalqın əsas maraqlarına ziyan vura biləcək əmlakın korlanması və məlumatların avtomatlaşdırılmış sisteminə hücumu əhatə edir.

Ölkədə Atlantik, Şərq və Şimal istiqamətlərində sürət qatarlarının (TGV) hərəkəti dayanıb. SNCF səyahətçilərə səfərlərini təxirə salmağı və stansiyalara getməməyi tövsiyə edib. Bildirilib ki, bütün biletlər dəyişdiriləcək və geri qaytarılacaq.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Fransa hakimiyyətinə etimad göstərdiyini, bütün lazımi tədbirlərin görüldüyünü və hakimiyyətə 180 beynəlxalq kəşfiyyat xidmətinin kömək etdiyini vurğulayıb.

Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış baş verən bu hücum Parisə gələn çox sayda səyahətçinin və turistin səfərini çətinləşdirib.

Fransada sürət qatarları şəbəkəsinə kütləvi hücumla bağlı bəzi detallar açıqlandı
Məqalədə: #Fransa #Paris-2024 Yay Olimpiya Oyunları

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.