8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Üç Afrika ölkəsi ümumi pasport sisteminə keçməyi planlaşdırır

16 Sentyabr 2024 17:47
Üç Afrika ölkəsi ümumi pasport sisteminə keçməyi planlaşdırır

Bakı, AzerVoice

Qərbi Afrika ölkələri Mali, Niger və Burkina Fasodan ibarət Sahel Dövlətləri Alyansı (AES) öz aralarında əməkdaşlıq və təhlükəsizliyi artırmaq üçün ortaq pasport sistemi tətbiq edəcəklər.

AzerVoice xəbər verirki, AES-in prezidenti və Malidəki keçid hökumətinin lideri Assimi Qoita, AES-in yaradılmasının birinci ildönümü ilə əlaqədar bir televiziya kanalına müsahibə verib.

Qoita verdiyi açıqlamada üç ölkə arasında hərəkətliliyi asanlaşdıracaq ortaq "biometrik pasport" tətbiq ediləcəyini bildirib.

Bölgədə terror qruplaşmalarına qarşı mühüm nailiyyətlər əldə etdiklərini qeyd edən Qoita AES-in regional tərəfdaşlarla yanaşı, beynəlxalq tərəfdaşlarla da danışıqlara açıq olduğunu deyib.

"Üç ölkə arasında əməkdaşlıq terrorçu qrupları əhəmiyyətli dərəcədə zəiflətməklə yanaşı, həm də regionda təhlükəsizliyin artırılmasına töhfə verir" - deyə Qoita bildirib.

Həmçinin o, açıqlama zamanı AES-ə daxil ölkələr üçün birgə televiziya kanalı yaradılacağını deyib.

Xatırladaq ki, Mali, Niger və Burkina Faso keçən il Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxaraq Sahel Dövlətləri Alyansını (AES) qurdular.

Üç ölkə iyulun 6-da Nigerin paytaxtı Niameydə ilk sammitini keçirib. Sammitdə 3 ölkədən ibarət “Sahel Dövlətləri Konfederasiyası”nın yaradılması ilə bağlı ortaq bəyannamə imzalanıb və Mali prezidenti Assimi Qoita 1 il müddətinə AES-in müddətli prezidenti seçilib.

Üç Afrika ölkəsi ümumi pasport sisteminə keçməyi planlaşdırır
Məqalədə: #Niger #Mali #Burkina Faso #Sahel Dövlətləri Alyansı

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan

Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır

09:15
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.