8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ticarət məsələsində ABŞ-a güzəştə getməyəcək - Çin

29 Aprel 2025 13:30
Ticarət məsələsində ABŞ-a güzəştə getməyəcək - Çin

BAKI, AzerVoice

Çinin xarici işlər naziri Vanq Yi Vaşinqton administrasiyasını ABŞ prezidenti Donald Trampın tarif siyasəti ilə bağlı artan ticarət gərginliyində zorakılıq etməkdə ittiham edərək, ölkəsinin bu məsələdə heç vaxt güzəştə getməyəcəyini vurğulayıb.

AzerVoice xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, nazir Vanq Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən BRİKS Xarici İşlər Nazirləri Toplantısında çıxış edib.

Çinli nazir bəyan edib ki, ABŞ administrasiyası tarif siyasəti ilə birtərəflilik yürüdür və öz ölkəsinin maraqlarını bütün beynəlxalq ictimaiyyətin maraqlarından üstün tutur.

Uzun müddətdir azad ticarətdən böyük qazanc əldə edən ABŞ-ın digər ölkələrə həddindən artıq tələblərini tətbiq etmək üçün tariflərdən bir vasitə olaraq istifadə etdiyinə diqqət çəkən Wang, "Güzəştlər (ABŞ-a) yalnız zorakılığı təşviq edəcək" - deyə vurğulayıb.

Vanq Çinin çoxtərəfliliyi və çoxtərəfli ticarət qaydalarını qoruyacağını bildirib, BRİKS ölkələrini proteksionizmin bütün formalarına qarşı çıxmağa və mərkəzi Ümumdünya Ticarət Təşkilatı ilə çoxtərəfli ticarət sistemini qorumağa çağırıb.

Ukrayna böhranında yeni inkişafın olduğunu qeyd edən Vanq, Çinin sülhə yönəlmiş bütün səyləri dəstəklədiyini və tərəflərin böhranın altında yatan məsələləri həll edəcəklərinə və ədalətli, davamlı, məcburi və məqbul sülh razılaşmasına nail olacağına ümid etdiyini bildirib.

Wang, Yaxın Şərqdəki vəziyyətin kritik bir nöqtəyə çatdığına diqqət çəkərək, Fələstin məsələsinin yenidən marjinallaşdırılmaması lazım olduğunu vurğulayıb.

Ən mühüm prioritetin Qəzzada hərtərəfli atəşkəsə nail olmaq və humanitar fəlakətə son qoymaq olduğunu vurğulayan Vanq, uzunmüddətli strategiyanın Fələstin Dövləti ilə İsrail Dövlətinin sülh içində birlikdə yaşadığı iki dövlətli həlli təşviq etmək olduğunu qeyd etdi.

İranın nüvə məsələsinin dialoqa qaytarılmasını alqışladıqlarını bildirən Vanq, Yaxın Şərqdə güc tətbiqinə qarşı olduqlarını və bölgədə uzunmüddətli sülh və sabitlik üçün BRİKS üzvləri ilə işləməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, aprelin 2-də ABŞ prezidenti Donald Tramp “qarşılıqlı tariflər” çərçivəsində Çin də daxil olmaqla ticarət tərəfdaşlarına əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.

Çinin cavabı ilə başlayan iki ölkə arasında tarif hesablaşması nəticəsində ABŞ Çinə tətbiq etdiyi gömrük tarifini yüzdə 145, Çin isə ABŞ-a 125 faiz gömrük tarifi tətbiq edib.

Vaşinqton administrasiyası AB və digər ölkələrə tətbiq edilən əlavə tarifləri 90 gün təxirə saldığı halda, Çinə tətbiq edilən tariflər qüvvəyə minmişdi.

ABŞ prezidenti Donald Tramp aprelin 25-də “Time” jurnalına verdiyi müsahibədə tariflərlə bağlı Çin sədri Si Cinpinlə danışdığını iddia edib və detalların lazımi vaxtda açıqlanacağını bildirib.

Pekin danışıqların davam etdiyini inkar edib və Vaşinqtonu məsələ ilə bağlı ictimaiyyəti çaşdırmaqda ittiham edib.

Məqalədə: #ABŞ #Donald Tramp #Çin #ABŞ Dövlət Departamenti #Vaşinqton #Çin ABŞ ticarət müharibəsi #Çin tarif siyasəti #BRİKS və çoxtərəfli ticarət #Çin beynəlxalq ticarət qaydaları #Fələstin-İsrail iki dövlətli həll #Qəzza atəşkəsi çağırışı #ABŞ tarifləri 2025

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt

Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib

7 Sentyabr 21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Digər Dövlətlər

Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ

7 Sentyabr 21:32
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər

Qətər və Çin strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 20:21

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.