13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Tehran və Vaşinqton arasında dolayı dialoqlar davam edir

30 Aprel 2025 16:02
Tehran və Vaşinqton arasında dolayı dialoqlar davam edir

BAKI, AzerVoice

İran və ABŞ arasında növbəti nüvə danışıqları mayın 3-də Romada keçiriləcək

AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi ABŞ-la nüvə danışıqlarının dördüncü raundunun 3 may tarixində İtaliyanın paytaxtı Romada keçiriləcəyini açıqlayıb.

O, görüşdən əvvəl İngiltərə, Fransa və Almaniya ilə ayrıca məsləhətləşmələr aparacaqlarını bildirib.

Nazir paytaxt Tehranda keçirilən Nazirlər Kabineti iclasından sonra mətbuata verdiyi açıqlamada qeyd edib ki, danışıqların yeri əsas məsələ deyil və görüşlərin harada keçiriləcəyinə ev sahibi Oman qərar verir.

Erakçi Avropa ölkələrinin – İngiltərə, Fransa və Almaniyanın – nüvə danışıqlarındakı təsirinin onların “qəbul etdiyi yanlış siyasətlər” səbəbindən azaldığını vurğulayıb. Buna baxmayaraq, İran tərəfi Avropa ilə əlaqələri saxlamaq niyyətindədir: “Biz bu problemin beynəlxalq səviyyədə anlaşma yolu ilə həllində maraqlıyıq və buna görə də Romada avropalı tərəfdaşlarla görüşməyə hazırıq. Lakin hazırda əsas danışıqlar ABŞ-la aparılır.”

Nazir həmçinin ABŞ-ın danışıqlar prosesi davam etdiyi bir vaxtda İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə münasibət bildirərək, bu addımların mənfi təsir yaradacağını söyləyib.

Qeyd edək ki, 2018-ci ildə ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkəsini İranla imzalanmış nüvə sazişindən birtərəfli qaydada çıxarıb. Lakin son aylarda diplomatik əlaqələr yenidən bərpa olunmağa başlayıb. Trampın mart ayında İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərməsindən sonra, tərəflər Omanın vasitəçiliyi ilə əvvəlcə 12 aprel tarixində Omanda, sonra Romada və daha sonra yenidən Omanda dolayı danışıqlar aparıblar. Hər iki tərəf danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu bəyan edib.

Məqalədə: #İran #ABŞ #Donald Tramp #Roma #Abbas Arakçi #ABŞ-İran arasında nüvə danışıqları #Romada İran-ABŞ görüşü #Tramp İran nüvə razılaşması #Avropa İran siyasəti #İran ABŞ dolayı danışıqları #Oman vasitəçiliyi

Mövzu üzrə digər xəbərlər

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran

İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb

12 Sentyabr 21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran

İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək

12 Sentyabr 21:00
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
İran

ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai

12 Sentyabr 20:52
İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM
İran

İran limanlarına gedən 100 gəminin istiqaməti dəyişdirilib - CENTCOM

12 Sentyabr 20:43

Son Xəbərlər

Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
Əbu-Dabidə 35-ci Beynəlxalq Kitab Sərgisi açılıb
11:17
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
İlk qadın Pandoranın yaradılışı və bəşəriyyətin cəzalandırılması
11:00
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
İraqda Əcil neft yatağının inkişafı üzrə 25 illik müqavilə imzalanıb
10:17
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
Səudiyyə diplomatları Madrid və Londonda regional məsələləri müzakirə edib
10:09
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
Qətərdə süni intellekt üzrə biznes imkanları - Texnologiya, bazar potensialı və strateji sahələr hansılardır?
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.