8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Orban AfD partiyasının sağ radikal təşkilat kimi tanınmasını tənqid edib

3 May 2025 22:39
Orban AfD partiyasının sağ radikal təşkilat kimi tanınmasını tənqid edib

BAKI, AzerVoice

Macarıstanın baş naziri Viktor Orban, Almaniyanın Federal Konstitusiyanı Mühafizə İdarəsinin "Almaniya üçün Alternativ" (AfD) partiyasını sağ radikal təşkilat kimi tanıması fonunda partiyanın həmsədri Alis Vaydelə açıq dəstəyini ifadə edib.

AzerVoice xəbər verir ki, o bu barədə X sosial şəbəkəsində etdiyi paylaşımda deyib.

“Almaniyada nə baş verir, axı? Siz bizə güvənə bilərsiniz” - deyə, Orban Vaydelin X hesabını qeyd edərək paylaşımında bildirib.

Qeyd edək ki, ötən gün Almaniya Federal Konstitusiyanı Mühafizə İdarəsi AfD partiyasını sağ radikal təşkilat kimi tanıdığını açıqlayıb. Qurum bu qərarın partiyanın ideologiyasının demokratik azadlıqlarla uyğun gəlmədiyi üçün verildiyini bildirib. Bu status hüquq-mühafizə orqanlarına partiya üzvlərinə qarşı geniş nəzarət imkanları yaradır, o cümlədən telefonların dinlənilməsi və digər gizli əməliyyatlar üçün hüquqi əsas verir.

Hazırda partiyanın fəaliyyəti tam qadağan olunmayıb. AfD-nin qadağan olunması yalnız Federal Konstitusiya Məhkəməsinin qərarı ilə mümkündür. Əgər bu baş verərsə, AfD Almaniya tarixində qadağan edilən üçüncü siyasi partiya olacaq. Daha əvvəl 1952-ci ildə keçmiş nasistləri birləşdirən Sosialist İmperiya Partiyası və 1956-cı ildə Almaniya Kommunist Partiyası qadağan edilmişdi.

Xatırladaq ki, fevralın 23-də keçirilmiş növbədənkənar Bundestaq seçkilərində AfD öz tarixində ilk dəfə olaraq ikinci yeri tutmuşdu.

Məqalədə: #Almaniya #Viktor Orban #Macarıstan #Almaniya üçün Alternativ (AfD) partiyası

Mövzu üzrə digər xəbərlər

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

7 Sentyabr 19:13
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ

BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir

7 Sentyabr 14:22
Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Almaniya strateji əməkdaşlığı genişləndirir

7 Sentyabr 09:21

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.