5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Ərdoğan-Tramp görüşməsi dünya mediasının gündəmindədir

6 May 2025 11:05
Ərdoğan-Tramp görüşməsi dünya mediasının gündəmindədir

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın prezidenti Donald Trampın telefon danışığı dünya mediasında geniş yer alıb.

AzerVoice xəbər verir ki, Ərdoğan və Tramp arasında baş tutan telefon danışığı dünya mətbuatında diqqət çəkib. Görüşdə ikitərəfli münasibətlər, Suriya, Qəzza və Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.

Görüşdən sonra beynəlxalq media Türkiyə və ABŞ-ın bir çox qlobal məsələdə ortaq mövqelərə malik olduğunu qeyd edib. İsrail və Yunanıstan mediası da dialoqun bölgəyə təsirinə dair şərhlər verib. Prezident ərdoğan, Trampı Türkiyəyə dəvət edib, əgər səfər baş tutmasa, özünün də ABŞ-a gedə biləcəyini bildirib.

Yunanistanın “Kathimerini” qəzeti Trampın Türkiyə ilə əməkdaşlığı davam etdirmək istədiyini və Ukraynadakı münaqişənin həlli üçün Ankara ilə işləməyə hazır olduğunu yazıb. Suriya və Qəzzadakı son proseslərin də əsas gündəm mövzuları olduğu bildirilib.

İsrailin “Times of Israel” nəşri Trampın Türkiyənin Suriya üzərində artan təsirini qəbul etdiyini vurğulayıb və İsrail hökumətinin bu vəziyyətdən narahat olduğunu qeyd edib.

ABŞ-ın “Fox News” kanalı Tramp-Ərdoğan görüşünü “müsbət və məhsuldar” olaraq dəyərləndirib və tərəflərin Ukrayna münaqişəsinin sonlandırılması üçün əməkdaşlıq edəcəyini bildirib.

“Bloomberg” agentliyi isə iki liderin Ukrayna münaqişəsinin həlli üçün birlikdə işləmək niyyətində olduğunu yazıb, Ərdoğan-Tramp qarşılıqlı səfərlərinin gündəmdə olduğunu vurğulayıb.

Qətər mərkəzli “Al Jazeera” Ərdoğanın Suriya ərazi bütövlüyünü qorumaqda qərarlı olduğunu və bölgədə davamlı sabitlik üçün səy göstərdiyini qeyd edib.

“Moscow Times” isə Trampın Ukrayna müharibəsini sona çatdırmaq üçün Ərdoğanın dəstəyini önəmli hesab etdiyini bildirib və Türkiyənin tərəflər arasında vasitəçi rolunu xatırladıb.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #ABŞ #Donald Tramp #Yunanıstan #Suriya #MEDİA #Türkiyənin Suriya siyasəti #Rusiya-Ukrayna münaqişəsi #Türkiyə-ABŞ münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.