7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Putinin İstanbula gedəcəyi dəqiq deyil

13 May 2025 14:35
Putinin İstanbula gedəcəyi dəqiq deyil

BAKI, AzerVoice

Kreml Putinin İstanbuldakı sülh sammitində iştirakına aydınlıq gətirməyib - Qərar son anda veriləcək.

AzerVoice xəbər verir ki, bu həftənin cümə axşamı Türkiyədə keçirilməsi planlaşdırılan Ukrayna-Rusiya sülh sammiti öncəsi Kreml ilk dəfə Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə bağlı rəsmi açıqlama yayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya danışıqlara hazırlaşmaqdadır, lakin Putin sammitdə şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qərar sonradan veriləcək.

“Putin danışıqlarda Rusiyanı kimin təmsil edəcəyini uyğun gördüyü zaman açıqlayacaq,” – deyə Peskov jurnalistlərə bildirib. O əlavə edib ki, “hazırda əlavə şərh vermək niyyətində deyilik”.

Məsələ ilə bağlı Ukrayna tərəfinin də açıqlaması gecikməyib. AFP agentliyinə danışan Kiyev mənbələri qeyd edib ki, “Putinin İstanbula gəlməməsi Moskvanın müharibəni bitirmək niyyətində olmadığının son işarəsi olacaq”.

Bu gərgin diplomatik fonda ABŞ prezidenti Donald Tramp da mövqeyini bildirib. Oval Ofisdə keçirdiyi mətbuat konfransında Tramp , “İnanıram ki, Rusiya və Ukrayna liderləri İstanbulda olacaq. Mən də getməyi düşünürəm, ancaq o gün harada olacağımı dəqiq bilmirəm”- deyə bildirib.

Trampın Yaxın Şərq səfəri zamanı Səudiyyə Ərəbistanına çatdığı, kral ailəsinin üzvü tərəfindən qarşılandığı və reaktivlər tərəfindən müşayiət edildiyi də bildirilib.

Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkə platforması X üzərindən etdiyi paylaşımda Trampı Türkiyəyə danışıqlara qatılmağa dəvət edib. Zelenski həmçinin Rusiya artilleriyasının hücumlarının davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin mayın 11-də gecə yarısı televiziya vasitəsilə verdiyi bəyanatda Qərbin 30 günlük atəşkəs çağırışından yan keçərək birbaşa və qeyd-şərtsiz danışıqlara hazır olduğunu, yer və tarix təklif etdiyini açıqlamışdı. Həmin bəyanatdan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Fransa prezidenti Emmanuel Makronla telefonla danışıb.

Məqalədə: #İstanbul #Rusiya #ABŞ #Vladimir Putin #Donald Tramp #Ukrayna #Kremlin #Ukrayna-Rusiya müharibəsi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Fransız mətbəxi necə siyasi silaha çevrildi?
Fransız mətbəxi necə siyasi silaha çevrildi?
09:00
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç
08:07
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.